Yumurtanın bu qədər bahalaşmasına təəccüblənən jurnalist Şahvələd Çobanoğlu yumurta almaqdan imtina edərək evə dönüb.
«Qayıtdım və «Facebook» şəbəkəsi vasitəsi ilə xarici ölkələrdə yaşayan dostlarıma yazdım ki, hazırda yaşadıqları ölkədə yumurta və toyuq ətinin neçəyə olduğunu mənə yazsınlar. Bəlli oldu ki, bəlkə də yumurtanın ən baha olduğu yer Azərbaycandır. Avropanın ən bahalı şəhərlərində yumurtanın qiyməti 10 qəpik civarındadır. Amma Azərbaycanda 20 qəpikdir».
Şahvələd Çobanoğlunun ötən həftəki təəccübündən sonra yumurta bir qədər də bahalaşıb. Fevralın 28-də satış mərkəzlərində broyler yumurtasının bir ədədi 23-25 qəpikdir.
«BAHALAŞMA BİZLİK DEYİL»
Azərbaycandakı quşçuluq müəssisələri isə bahalaşmanın onlarla əlaqəsi olmadığını deyirlər. Sabirabad rayonundakı «Əlvan» Məhdud Məsuliyyətli Cəmiyyətdən AzadlıqRadiosuna verilən məlumata görə, hazırda onlar 17-18 qəpikdən baha yumurta satmırlar. Adının çəkilməsini istəməyən şirkət nümayəndəsi bahalaşmada daha çox alverçiləri günahlandırır.
«Biz qiyməti o qədər bahalaşdırmamışıq, bir az məhsul qıtlığı var. Bir məhsul da qıt olanda əldən-ələ keçir, ona görə də alverçilər qiyməti qaldırırlar».
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev təxminən 20-dən çox broyler şirkətlərində yumurtanın topdansatış qiymətinin 14 qəpikdən baha olmadığını deyir.
«Təsərrüfatlardan yumurta 13-14 qəpiyə çıxır, indi gedib onu 20-25 qəpiyə satırlar, biz neyləyə bilərik, kimə təsir göstərə bilərik ki, «o qiymətə satma, bu qiymətə sat». Alverçilər topdansatış mərkəzlərindən götürüb neçəyə istəyirlər o qiymətə də satırlar. Bir də mağaza da öz faizini gəlir üstünə, satır».
YAZILMAYAN QANUNLARIN YARATDIĞI BAHALAŞMA
Broylerlərdə qiymət artımı olmadığı halda, satış mərkəzlərində yumurtanın bahalaşmasının nə ilə bağlı olduğuna gəldikdə, Aydın Vəliyev bunu məhsul qıtlığı ilə əlaqələndirir. Deyir broylerlərdən fərqli olaraq şəxsi təsərrüfatlarda bu il yumurta istehsalı xeyli aşağı düşdüyündən qıtlıq yaranıb.
Amma yumurtadan fərqli olaraq quş ətində bahalaşma müşahidə olunmur. Cəmiyyət sədri deyir ki, əksər broyler şirkətləri yumurtadan fərqli olaraq toyuq ətini satış mərkəzlərinə özləri çatdırır və burda digər vasitəçiyə yer olmur. O, həm də indiki bahalaşmanı yazılmayan bazar qanunlarının yaratdığı bahalaşma sayır.
«Yumurta satışında ara adamlar var, görürlər ki, bayram gəlir, kənd yumurtası qıtdır. Başlayırlar qiyməti qaldırmağa, məhsulu gizlədirlər, qıtlıq yaradırlar. Bəs bilmirsiz belə şeylər var, bazarın yazılmayan qanunlarıdır».
Aydın Vəliyev deyir ki, şirkətlərin özünün yumurta satışını həyata keçirməsi üçün əlavə vəsaitə, işçi qüvvəsinə ehtiyac olduğundan şirkətlər bu işi görməkdə maraqlı deyillər.
Cəmiyyət sədri bildirir ki, quşçuluq şirkətləri ölkənin yumurtaya olan tələbatını tam ödəyirlər. Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda 400, 2009-cu ildə isə 510 milyon ədəddən çox yumurta istehsal olunub.
Aydın Vəliyev Avropa ölkələrində yumurta və quş ətinin Azərbaycandan ucuz olmasını təbii hal sayır. Onun sözlərinə görə, xaricdən alınan yem Azərbaycanda istehsalçıya çatana qədər qiymətlərdə 35 faiz bahalaşma olur.
«Təsəvvür edin bir-iki il əvvəl quş yeminin bir tonu təsərrüfatlara 240 manata başa gəlirdisə, indi qiymət 530 manata qalxıb. Amma xarici ölkələrdə quşçuluq təsərrüfatlarında istifadə olunan yem özlərinindir. Biz gedib xaricdən gətiririk. Yem Azərbaycana gələnə qədər əlavə dəyər vergisi, gömrük rüsumu və nəqliyyat xərclərindən sonra 30-35 faiz bahalaşır».
Amma problemlərə baxmayaraq cəmiyyət rəhbəri yaxın vaxtlarda ucuzlaşma olacağını deyir.
Salyanda yumurta satışı ilə məşğul olan sahibkar Nizaməddin Əsədov deyir ki, bahalaşmanın günahının olanların üzərinə atılması ədalətsizlikdir. Sahibkarın deməsinə görə, broyler müəssisələrində və topdansatış mərkəzlərində yumutanın bir ədədi 21 qəpiyə yaxındır.
«Biz də 1 qəpik bahasına satırıq. Əslində qiyməti bizim artırmağımızla bağlı deyilənlər yalandır. Lap xırda yumurtalar hardasa 18 qəpikdir, onu da heç kim almır, biz də çalışırıq ki, normal yumurta götürək, sata bilək»
«BAHALIĞI YARADAN ŞİRKƏTLƏRİN SÖVDƏLƏŞMƏ QİYMƏTLƏRİDİR»
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə alverçilərin qiymət artımına təsir etməsini mümkünsüz sayır. Mərkəz rəhbərinə görə, əslində bu kimi məlumatlarla broyler şirkətləri bahalaşma ilə bağlı məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar.
«Broyler fabriklərinin bir assosiasiyası var və bu imkan verir ki, sövdələşmə qiymətlərini tətbiq eləsinlər. Təbii ki, müəyyən mənada məhsuldarlıq aşağı düşüb, xərclər artıb, mövsümü amillərin təsiri var, amma bunlar bütün bu amillərdən istifadə edərək bütün bazarda razılaşdırılmış sövdələşmə qiymətlərini tətbiq edirlər və son nəticədə belə bahalıq yaranır».
İqtisadçı Novruz bayramına qədər ucuzlaşma olacağına inanmır:
«Bahalaşan qiymətləri o səviyyədə saxlayacaqlar ki, Novruz bayramı ərəfəsində daha yaxşı mənfəət əldə etsinlər. Çünki dünyanın heç yerində 25 qəpiyə yumurta satılmır, bu təxminən 30 sent deməkdir».
BAHALAŞAN TƏKCƏ YUMURTA DEYİL
Azərbaycanda bahalaşan təkcə yumurta deyil. Şəkər tozu, kərə yağı, ət və ət məhsullarının, meyvə və tərəvəz məhsullarının qiymətində də bahalaşma var. Misal üçün şəkər tozunun bir kiloqramı bir ay əvvəl 90 qəpik idisə, indi bütün satış mərkəzlərində şəkər tozunun qiymətində 30-40 qəpik, Yeni Zelandiya və Ankor yağlarının qiymətində isə bir manatdan artıq bahalaşma var.