«BİZİM ŞEYXLƏRİMİZ ELƏ YERƏ XƏRCLƏYƏR»
Bibiheybət məscidi Azərbaycanda ən böyük ziyarətgahlardan biridir. Şəhərin girəcəyində yerləşən bu ziyarətgahdakı nəzir qutularına hər gün az qala yüzlərlə adam pul atır.
Biz Bibiheybət məscidinin yaxınlığında çəkiliş apararkən yoldan keçən maşınların təxminən yarısı burda dayanır, sürücülər də, onların yaxınları da nəzir qoymağı özlərinə borc bilirdilər.
Özü də dəxli yoxdu: imkanlıdı, ya imkansız. Əksəriyyət də nəzir kimi bir manat qoyur.
Məşədi Rza adlı sürücüyə yanaşırıq:
- Müsəlmanıq. Ürəyimizdən keçir ki, Allah salamatçılıq eləsin, yolçuyuq da, nəzir veririk...
- Amma sonradan maraqlanmısızmı nəzirlər hara gedir?
- Kim nə fikirlə xərcləyir, halal xoşu. Amma məncə, yetim-yesir çoxdur. Məncə, bizim şeyxlərimiz elə yerlərə xərcləyər də. Biz qəlbimizdə elə fikirləşirik ki, elə yerə xərclənər. Amma xərclənmirsə... Heç nəyə gücümüz çatmaz...
«BİZİ DƏNİZƏ SAL, GÜNAHIMIZ YUYULMAZ»
Eynulla Zahidov da sürücüdür. Deyir ki, bura atılan nəzirin kasıb-kusuba çatmasına inanmır. Səbəbini soruşuruq, cavab verir ki, bir qədər əvvəl burda bir əlil oturub yolçulardan kömək istəyib, Bibiheybət məscidinin işçiləri də onu qovub:
- Niyə qovladılar? Deməli, şəxsi mənfəət üçündür. Kiminsə cibinə çatsın deyə.
- Amma bilə-bilə, yenə də nəzir verirsiz?
- Guya günahımızı yuyuruq. Amma bizi dənizə də sal, günah yuyulmaz. Onunla günah yuyular? Elə bil adət düşüb. Ayrıca yer ola, qənd-çay, un yığıla, ehtiyacı olana paylana...
Bu deyilənlərlə bağlı Bibiheybət məscidinin axundu ilə danışmaq istədik. Amma axund müsahibə verməkdən imtina etdi.
RƏBİYYƏT ASLANOVA DEYİR Kİ, QUTULAR LƏĞV OLUNUR
Bu günlərdə «Dini etiqad azadlığı haqda qanuna» dəyişikliklər edildi. Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, nəzirlərə nəzarətlə bağlı qanuna müddəa əlavə edilib:
«Bu ayırmalar üzərində nəzarətin olması, bu maliyyə vəsaitinin hara getməsinə əlaqədar olaraq bu müddəa daxil edilib. Bununla da artıq nəzir qutusu və digər məsələlərə birdəfəlik son qoyulacaq».
Amma bu müddəa nədir, dəqiq bilən yoxdur.
CAVANŞİR PAŞAZADƏ «ÖZFƏALİYYƏT QUTULARIN» YIĞILACAĞINI DEYİR
Bu məqsədlə Rəbiyyət Aslanovanı çox axtardıq, ancaq tapmadıq. Həmin Komitədən Cavanşir Paşazadəyə yönəltdik suallarımızı. O dedi ki, qanunda nəzir qutularının ləğvi ilə bağlı heç nə yoxdur:
- Hər yerdə nəzir qutuları qoyulur. Qanunda da deyilir ki, bu rəsmiləşdirilməlidir. Yəni ki, bizdə təxminən 7-8 ziyarətgah var, bəlkə də səhv edirəm. Qalanları özfəaliyyətdir. Bu qutular da yığılacaq.
- Necə olacaq? Qafqaz Müsəlmanları İdarəsi nəzarət edəcək?
- Xeyr! İdarə nəzarət etməyəcək. Çünki belə şey qanunda yoxdur. Mən qanundan danışa bilərəm. Bununla bağlı İdarənin, ya da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihələri olacaq. Onlar ona cavab verə bilərlər.
- Bəs qanunda nəzir qutuları ilə bağlı nəsə nəzərdə tutulmayıb?
- Belə nəzərdə tutulub ki, nəzarət olunmalıdır. Amma kimin boynuna qoyacaqlar, necə qoyacaqlar, deyə bilmərəm. Qanun hələ ratifikasiya olmalıdır, hansı formada olacaq, öz daxili işləridir... Amma hansı formada olması, hara işlədilməsi nəzarətdə olmalıdır, qanun ona görə qəbul olunub.
Komitənin digər üzvü, deputat İqbal Ağazadə isə Cavanşir Paşazadənin dediklərini təkzib etdi. Qanunda nəzir qutularına nəzarətlə bağlı müddəa olmadığını dedi:
«Dəqiq orda deyilir ki, dini icmalar öz gəlirlərinin, ziyarətgahlardan, nəzir qutularından qazandıqlarının müəyyən hissəsini rəhbər qurumlara verə bilərlər. Məsələn, dini icma Qafqaz Müsəlmanlarına tabedirsə ora, kilsəyə tabedirsə ora. Bu müəyyən məbləğ nədir, nə qədərdir? O da deyilmir. Dəqiq göstərilsəydi hesablama aparmaq olardı».
QMİ: «QANUNDA DEYİLMƏYİB Kİ, QUTULARA NƏZARƏT OLUNSUN»
Amma Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev də deyir ki, qanunda nəzir qutularına nəzarətlə bağlı müddəa yoxdur:
- Bəs nə nəzərdə tutulub?
- Qanun prezidentin imzası ilə çıxar, danışarıq. Qanun parlamentdə qəbul olunub hələ.
- Sizin təklif nədir? QMİ nəzarət etsinmi?
- Heç bir söz deyə bilmərəm. Vaxtı deyil...
«MALİYYƏ VƏ YA VERGİLƏR NAZİRLİYİ...»
Dini məsələlər üzrə ekspert Elşad Mirisə bu fikirdədir ki, qanunda nəzir qutuları ilə bağlı boşluq var. Bu da hər cür yozuma yol açır. Ona görə məsələ konkretləşdirilməlidir. Elşad Miri nəzir qutularına nəzarətin tərəfdarıdır. Bunu da Maliyyə və ya Vergilər Nazirliyi kimi rəsmi qurumlar etməlidir. Ekspert deyir ki, Türkiyədə hər məsciddəki dərnəyin ianələrlə bağlı qəbzləri olur: «Bu ciddi sənəddir və Maliyyə Nazirliyi, ya başqa rəsmi qurum ianələrlə bağlı hesabat tələb edə bilər», deyir ekspert və əlavə edir ki:
«Azərbaycanda nəzirdən vergi tutulmur deyə külli miqdarda vəsait yayınır. Belə bir mexanizmin olması labüddür».