Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:12

Britaniyalı deputatların Azərbaycana müəmmalı ödənişli səfərləri


Londonda parlament binası
Londonda parlament binası
Londonda mənzillənən Araşdırmaçı Jurnalistlər Bürosu Avropa Azərbaycan
Cəmiyyətinin Britaniyadan bir qrup deputatı, jurnalisti tez-tez Bakıya aparmasını araşdırır. Müəllif Melanie Newman avqustun 29-da yayılan araşdırmasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının idarə etdiyi bu Cəmiyyətin Britaniyadakı fəaliyyətinə geniş yer ayırır. Araşdırmanı təqdim edirik:

AAC SPONSORLUQ EDİR

Avropa Azərbaycan Cəmiyyəti (AAC) Britaniyada Azərbaycana dair Bütün Partiyalar parlament Qrupu və Azərbaycanın Mühafizəkar Dostaları qruplarının katibliyi kimi fəaliyyət göstərir. Yaradıldığı gündən bəri bu təşkilat Britaniyadan millət vəkilləri və jurnalistlərin Azərbaycana səfərlərinə sponsorluq edir.

AAC-ın rəhbərləri olan Tale və Nicat Heydərovlar Azərbaycanda çox güclü ailədədndirlər. Onlar Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin
Kəmaləddin Heydərov

Heyrovun oğlanlarıdır.

Keçən il Wikileaks saytının yaydığı ABŞ-ın diplomatik teleqramlarında da qeyd edilir ki, AAC özünü müstəqil təşkilat kimi elan edib, amma onun məqsədləri Azərbaycan hökumətinin məqsədləri ilə birbaşa üstü-üstə düşür. Həmin sənədlərə görə Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin rəhbəri olarkən külli miqdarda sərvət əldə edib.

Transparency İnternational təşkilatının 2010-cu ilə dair hesabatına görə Azərbaycan korrupsiyanın səviyyəsinə görə 178 ölkə arasında 134-cü sıradadır. Tale və Nicatın də bu cür korrupsiyada iştirak etməsinə dair birbaşa dəlillər yoxdur. General Heydərovun özü də heç vaxt korrupsiya ittihamları ilə məhkəmələrdə olmayıb. Amma AAC-ın Britaniya deputatlarının və jurnalistlərin Azərbaycana səfərlərini hansı pulla təşkil etməsinə sübutlar da yetərli deyil.

AAC 2011-Cİ İLDƏ DAHA ƏLİAÇIQ OLUB

Bu ilin mayında AAC Britaniyadan deputatlar Bob Blackman, Stephen Hammond, Gerry Sutcliffe, Lord Kilclooney, Lord Rogan, Mark Field və onun yardımçısı Julia Dockerllin Azərbaycana beşgünlük səfərini maliyyləşidirib. Bu səfər hər adama orta hesabla 3500 funta, təxminən 4500 manata başa gəlib.

Rəsmi məlumata görə britaniyalı depdutatlar Bakıda yüksək vəzifəli rəsmilər, biznes nümayəndələri, Britaniya diplomatları ilə görüşüb, bəzi regionlara səfər ediblər.

İyun ayında Blackman, Sutcliffe, Hammond və Field Bakıda yalnız
Bu ilin mayında AAC Britaniyadan deputatlar B. Blackman, S. Hammond, G. Sutcliffe, L.Kilclooney, L. Rogan, M. Field və onun yardımçısı J. Dockerllin Azərbaycana beşgünlük səfərini maliyyləşidirib. Bu səfər hər adama orta hesabla 3500 funta, təxminən 4500 manata başa gəlib.

Azərbaycanı tərifləyən sözlər deyəndə, bu yerli ictimai dairələrdə mübahisələrə səbəb olmuşdu. Çünki başqaları bu ölkədə çıxışlarında insan haqları sahəsində ciddi problemlərdən bəhs edir.

Bu siyasətçilərin bəziləri başqa vaxtlarda da Azərbaycana səfərlər ediblər. Cənab Field 2010-cu ilin iyulunda Bakılya səfəri zamanı AAC-dan 1500 funt (təxminən (3100 manat) alıb. O, Bakıda NATO-nun konfrasında iştirak edib ki, yerli rəsmilərlə görüşüb. Büro cənab Fieldin onun səfərləri üçün xərclənən pulları AAC-ınh hardan əldə etməsi ilə maraqlanıb-maraqlanamdığını da öyrənməyə çalışıb. Amma onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bu ilin iyununda Britaniyadan Azərbaycana daha beş nəfər deputatın səfəri təşkil edilib. Həmin səfərdə olan deputatlardan da bu mövzuda heç bir şərh almaq mümkün olmayıb.

Parlamentdə Mühafizəkarlar bu ilin martında AAC-a daha bir dəfə təşəkkür etməli olub. AAC qrupun Tory Spring görüşünə sponsorluq edib. Bundan başqa, AAC Britaniya parlamentində daha bir neçə tədbirin sposnsoru olub.

SPONSORUN ÖZ SPONSORLARI KİMDİR?

AAC-ın sözçüsü əsas gəlir mənbələrinin üzvlük haqları olduğunu bildirir. Qurumun Məsləhət Şurasının üzvü Nigel Peters Araşdırmaçı Jurnalistlər Bürosuna bildirir ki, onun başa düşüdüyünə görə AAC-ın maliyyəsinin bir hissəsi Heydərov ailəsinin Azərbaycandakı biznesindən gəlir: “Amma bu, yalnız mənim anladığımdır. Pulun hardan gəlkdiyini mən görə bilmərəm. Mənim rolum yalnız AAC-a üzvlərin cəlb edilməsinə məsləhətlər verməkdən ibarətdir. Məncə, hazırda bu təşkilata 30-40 böyük şirkət üzvlük haqqı verir. Keçən ilə baxanda onların sayı kəskin artıb.”

AAC-a platin üzvlük haqqı 10 000 funt (təxminən 13 000 manat),qızıl üzvlük 4000 funt (təxminən 5 min manat), adi üzvlü haqqı isə 750 funtdan 1500 funta qədərdir. Amma AAC özünün rəsmi hesabında 1,849,087 funt (təxminən 2.4 milyon manat borcda olduğunu göstərir. Təşkilatın əmlakının miqdarı isə 168,273 funt (təxminən 217 min manat) qeyd edilir.

AAC-ın rəhbərləri olan Tale və Nicat həm də Britaniyadakı United Enterprises International Limited (UEI) şirkətinin rəhbərləridir. Bu şirkət Britaniyada Jalə nar şirələrinin rekalmı ilə məşğuldur. Həmin şirkət də 2010-cu ilin dekabrında 23 000 funt (təxminən 30 min manat) borclu olduğunu yazır.

AAC-ın saytında qeyd edilir ki, Britaniyadakı UEİ şirkəti ilə əməkdaşlıq edir. Onlar Londonda eyni ünvanda məskunlaşıblar. UEİ Britaniyada Jalə nar şirələrinin reklamı ilə məşğuldur. Bu şirkət də AAC-ın biznes forumunun “qızıl sposnsor”u kimi qeydiyyatdan keçib.

Wikileaks-in yaydığı teleqramlarda isə elə həmin nar şirələrindən də bəhs edilib: “Heydərovlar Azərbaycana ucuz meyvə şirələri gətrirən Rusiya, Türkiyə, Ukrayna şirkətlərini Gömrük Komitəsinin vasitəsilə küncə sıxıb. USAİD Azərbaycanda nar şirələrinin istehsalı və yayılması ilə bağlı layihələrə başlayandan dərhal sonra öyrənib ki, heç kim Heydərovlardan icazəsiz bu işi görə bilməz.” Amma UEİ Jalə şirələrinin Azərbaycanda Heydərovlar ailəsinin monopolisyasında olması barədə deyilənləri inkar edir.
Heydərovlar Azərbaycana ucuz meyvə şirələri gətrirən Rusiya, Türkiyə, Ukrayna şirkətlərini Gömrük Komitəsinin vasitəsilə küncə sıxıb. USAİD Azərbaycanda nar şirələrinin istehsalı ilə bağlı layihələrə başlayandan dərhal sonra öyrənib ki, heç kim Heydərovlardan icazəsiz bu işi görə bilməz.

Wikileaks-in teleqramlarında isə Heydərovlar ailəsinin “Gilan”, “Qəbələ”, “Jalə” kimi şirkətlərə sahib olduğu, Britaniyadakı United Enterprises International şirkətinin də onların nəzarətində olduğu qeyd edilir.

UEIholding.com saytında isə Gilan Holding-in bu şirkətin tərəfdaşı olduğu yazılır. Gilan Holding-ə daxil olan AFB Bank da AAC-ın rəsmi sponsorları sırasındadır.

AAC-ın sözçüsü deyir: “Bizim təşkilat da Azərbaycan hökuməti kimi Erməınistanla münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Bu münaqişənin həlli bütün Cənubi Qafqaz regionunda iqtisadi və siyasi problemlərin həllinə səbəb olardı.

Bizim fəaliyyətimiz bu münaqişə və Azərbaycsanda çadır şəhərçiklərində yaşayan bir milyon nəfərə yaxın məcburi köçkünün problemlərinin dünyaya çatdırılmasına yönəlib.Eyni zamanda hər yerdə qeyd edirik ki, Azərbaycanın ərazi bütpvlüyünün bərpasına dair BMT Baş Assambleyasının dörd qətnaməsi icra edilməyib”.

AAC həmçinin bildirir ki, onlar Wikileaks saytının yaydığı ABŞ-ın diplomatik teleqramlarında qeyd edilənlərə də şərh verməmək qərarına gəliblər. Səbəb kimi də həmin məlumatların qaynağının “şübhəli” olduğunu qeyd edirlər.
XS
SM
MD
LG