Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədlərinin dağıdılması zamanı qoyulub.
«Berlin Divarı»nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt o taylı-bu taylı azərbaycanlılar tikanlı sərhəd məftilləri söküb bir-birinə qovuşdular, o tərəfdə, bu tərəfdə tonqallar qalandı.
1992-ci ildə 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib.Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir.
Azərbaycan Respublikasında isə dövlət bayramıdır.
İranla ozamankı Sovet Azərbaycanı arasında sərhədlərin sökülməsini əks etdirən videolar: