Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Eyfel hündürlüyündə minarə tikilir


Arxiv foto
Arxiv foto

1 milyard avronun cəlb olunduğu bu başgicəlləndirici layihə çərçivəsində ən uzun minarəsi olan və ən geniş ərazili məscidin tikilməsi nəzərdə tutulub; minarənin hündürlüyü 270 metr olacaq

Əlcəzairdə dünyanın ən hündür məscidinin təməli qoyub. İnşa ediləcək ibadət evinin ərazisi böyüklüyünə görə hətta Mədinədəki müqəddəs məsciddən də genişdir.

1 milyard avronun cəlb olunduğu bu başgicəlləndirici layihə çərçivəsində ən uzun minarənin tikilməsi nəzərdə tutulub. Bu minarə Parisdəki məşhur Eyfel qülləsi qədər kimi hündür olacaq. Onun hündürlüyü 270 metr olması planlaşdırılır.

Minarənin özü 25 mərtəbədən ibarət olacaq və daxilində 8 lift işləyəcək. Minarənin başında Əlcəzair körfəzini görmək üçün xüsusi kabinələr quraşdırılacaq.

Əlcəzairdəki yeni tikilini “Meqa Məscid” adlandırırlar. Tikili 20 ha ərazini əhatə edir. İnşa işləri Çin şirkəti tərəfindən aparılır. Burada 17 min insanın işləyəcəyi gözlənilir. Ən hündür məscidin tikintisi 2015-ci ildə başa çatacağı gözlənilir.

Məsciddə 120 min dindar insanın namaz qılması üçün zal, kitabxana, bədii muzey və tədqiqat mərkəzi olacaq.

Hazırda dünyanın ən hündür məscidi Kasablankada (Mərakeş) II Həsən məscidi hesab olunur. Onun minarəsinin hündürlüyü 210 metrdir. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliyində tikilən ən hündür binanın yuxarı mərtəbələrindən birində də məscid olacaq. Həmin məscidə binanın 600 metr hündürlüyündə yer ayrılıb. Amma binanın özü məscid olmadığından, indi “ən hündür məscid” statusunu Əlcəzairdəki tikili qazanıb.
XS
SM
MD
LG