-
Ömrünün son həftəsində nitqini də itirən yazıçı qulluğunda durub qayğısını çəkən adamlarla kağız-qələmlə danışmalı olur.
Ən ağır vəziyyətdə də yumor hissini itirməyən yazıçının həkimə yazdığı məşhur sözlər də bəllidir: «Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz».
Mahir N. Qarayev
KAFKANIN "VƏSİYYƏTİ", YOXSA MAKS BRODUN "ƏMANƏTƏ XƏYANƏTİ"?
…Gah insanlara can atırdı Kafka, gah da onlardan qorxub qaçırdı.
Naşirinə məktub yollayıb xahiş edirdi ki, hekayələr toplusunu nəşr etsin, tez də fikrindən dönür, arzulayırdı ki, kaş naşir həmin yazıları geri göndərəydi və o da yazdıqlarını hamıdan gizlədib, öz həmişəki bədbəxt həyatına tapınaydı.
Üç dəfə nişanlanmışdı, di gəl, həmişə də toy ərəfəsində fikrindən daşınmışdı; qorxurdu ki, evlilik həyatı onu yaradıcılıq qayğılarından ayırar və ədəbiyyata vurğunluğu kiminsə ömrünü, taleyini məhv eləyər.
Sağlığında öz əsərlərini çox qısqanclıqla çapa verən Kafka, bir qayda olaraq, naşirlərin dəvətindən həmişə uzaq qaçmışdır; təsadüfi deyil ki, vəfatına qədər dərc olunmuş yazıları Kafkanın ədəbi irsinin kiçik bir hissəsini təşkil edir: bir neçə məcmuə, bir neçə hekayə.
Bu təvazökarlıq azmış kimi, ölümqabağı hələ üstəlik Maks Broda vəsiyyət də yazıb qoymuşdu ki, bəs dostu onun çap olunmamış bütün əlyazmalarını yandırsın!
...Bütün ömrünü bayğınlıq içində keçirən, yuxu ilə real həyat arasında daimi əzablar çəkən Kafka həmişə dəhşətli yuxular görərdi. Amma yəqin ki, hər hansı oxucunun haçansa nəinki onun roman və hekayələrini, hətta məktublarını, gündəlik qeydlərini də oxuya biləcəyinin «dəhşətləri» heç vaxt yuxusuna girməmişdi.
Əbəs deyildi ki, dostuna yazdığı son məktubunda əsərlərinin yandırılmasını o dönə-dönə xatırladır, az qala bunu yalvara-yalvara ondan xahiş edirdi.
Bu gün Maks Brodun «əmanətə xəyanətinin» nə dərəcədə düzgün hərəkət olub-olmadığını müzakirəyə qoymaq mahiyyətcə əbəs işdir: sadiq dost ömründə ilk dəfə onun dediklərinin əksinə gedərək, Kafka qələmindən çıxan irili-xırdalı bütün əsərləri çapa verib – özü də nəinki roman və novellaları, hətta Kafkanın məktub və gündəliklərini də. Və inanmaq çətindir ki, həmin əsərlərin hər hansı biriylə tanış olan və tanış olub da Maks Brodu qınamaq fikrinə düşən bir allah bəndəsi tapılsın…
VƏSİYYƏT
Əzizim Maks, yəqin ki, bu dəfə mən daha yataqdan qalxa bilməyəcəm; bir ay ərzində məruz qaldığım ciyər isitməsindən sonra ağ ciyərin iltihabı tamamilə mümkündür və müəyyən təsir gücünə malik olsa da, hətta bu barədə yazmağımın özü də sətəlcəmin qabağını almaqda acizdir.
Yaranmış vəziyyətdə mənim indiyəcən yazdıqlarıma dair vəsiyyətim belədir:
Yazdıqlarımdan yalnız bunlar etibarlıdır: «Hökm», «Ocaqçı», «Çevrilmə», «İslah koloniyasında», «Kənd həkimi» və «Qolodar» novellası («Müşahidə»nin mövcud olan bir neçə nüsxəsi qoy qalsın, onları məhv etmək üçün heç kəsə artıq əziyyət vermək istəmirəm, ancaq bu nüsxələrdən heç biri yenidən çap olunmamalıdır).
Yalnız o beş kitabı və novellanı etibarlı sayıram dedikdə, bununla mən heç də onların təkrar çapını və gələcək üçün saxlanmasını arzu etdiyimi nəzərdə tutmuram, əksinə, əgər onlar tam şəkildə sıradan çıxsaydılar, bu əsl mən istəyən olardı. Amma bir halda ki mövcuddurlar, sadəcə mən onları saxlamaq arzusunda olanlara əngəl törətmək istəmirəm.
Qalan bütün yazdıqlarım (qəzetlərdə çap edilənlər, əlyazmaları yaxud məktublar) tam istisnasız olaraq yandırılmalıdır; onların hamısı xahişlə, minnətlə – nəyin bahasına olursa-olsun, göndərilən ünvanlardan geri alınmalı (ünvanların əksəriyyətini özün bilirsən, söhbət əsas ... (görünür, Felitsa Bauer nəzərdə tutulur – tərc.) haqqında gedir, ələlxüsus da ... (ehtimal ki, “Gündəliklər”in göndərildiyi Milena Yesenskaya nəzərdə tutulur – tərc.) olan bir neçə dəftəri unutma) və istisnasız olaraq hamısı yandırılmalıdır; yaxşı olardı oxunmadan (onlara baxmağı sənə yasaq etmirəm, amma baxmamağın mənə daha xoş olardı; hər halda başqası onları görməməlidir), – tam istisnasız olaraq hamısı yandırılsın və xahiş edirəm, bunu mümkün qədər tez edəsən.
Yazıçının son günlərinə və «VƏSİYYƏT» kimi təqdim olunan qeydlərinə dair
Ömrünün son aylarını Berlində keçirən F.Kafkanı Maks Brod çox ağır halda tapır; həkim Kafkanın təcili evə çatdırılmasını bildirəndən sonra o, 1924-cü il martın 17-də dostunu Praqaya gətirir.
Beləliklə, Kafka son dəfə öz ailə mühitinə qayıdır.
Amma onu bu vəziyyətdə evdə saxlamaq mümkün olmur və xəstəni Vyana yaxınlığındakı müalicə sanatoriyasına göndərirlər.
Şəraiti son dərəcə bərbad olan sanatoriyada az sonra xəstəyə baxmaqdan imtina edilir və yazıçını üstüaçıq maşında prof. Haekin Vyanadakı universitet klinikasına gətirirlər; aprelin ortalarında isə Kafka doktor Hofmanın sanatoriyasına yerləşdirilir.

Maks Brod son dəfə ona 1924-cü il mayın 12-də baş çəkir; iyunun 3-də gözlərini əbədi yumarkən isə yanında sadiq dostları Dora Diamant və Robert Klopştok olur; cənazəsi Praqaya gətirilir və Kafka burdakı yəhudi qəbristanlığında dəfn edilir.
...Böyük sənətkarın vəfatı ədəbi aləmdə sükutla qarşılanır və səssiz ötüb keçir; M.Yesenskayanın qəzetlərin birində dərc edilən nekroloqu yazıçının vəfat etdiyi 1924-cü ildə bu barədə yazılan yeganə mətn – yeganə faktdır (çex jurnalisti Milena Yesenskaya ilə Kafka 1920-ci ilin əvvəlində, onun çevirməsində «Ocaqçı»nın Praqada, «Klen» jurnalında nəşrindən sonra tanış olmuşdu. 1952-ci ildə alman jurnalisti Villi Haas Kafkanın Milenaya yazdığı məktubları nəşr etmişdir. Kitaba yazdığı son sözdə V.Haas bildirir ki, bu məktubları ona 1939-cu ildə, alman qoşunları Praqaya daxil olduqdan az sonra Milena şəxsən özü bağışlamışdır. Elə həmin il həbs edilən Milena 1941-ci ildə faşist düşərgəsində həlak olmuşdur – tərc.)
Həmin nekroloq Kafka haqqında indiyəcən yazılmış rəylərin ən səmimisi və ən üstünü hesab edilir. Yalnız bir il sonra – 1925-ci ildə M.Brod «Məhkəmə» romanını nəşr etdirməklə Kafkanın adını gələcək nəsillərə ötürmüş oldu. Amma bu işi görməklə M.Brod yazıçının ona ünvanladığı və heç bir tarix qoymadığı iki qeyddə (tədqiqatçılar bu qeydlərdən birincisinin 1920-ci ilə, digərinin isə 1922-23-cü illərə aidliyini iddia edirlər; M.Brod hər iki qeydi «Məhkəmə» romanına yazdığı son sözdə dərc etdirib) dönə-dönə vurğulanan «inadkar» xahişləri yerinə yetirməmiş, necə deyərlər, Kafkanın əsas tələbini pozaraq əmanətə xəyanət etmişdir...
Kafkanın bu iki məlum qeydini indi bir qədər gurultulu tərzdə «vəsiyyət» adlandırsalar da, əslində o heç bir rəsmi vəsiyyət qoyub getməyib. Belə ki, əvvəlcə yazıçının yazı masasının üstündəki kağızlar arasında mürəkkəblə yazılan və Maks Broda ünvanlanan belə bir qeyd tapılmışdır:
«Əzizim Maks, son xahişimi dinlə: mənim mirasım içində (yəni kitab yeşiyində, dəyişək dolabında, yazı masasında, evdə, dəftərxanada, yaxud harasa düşən və sənin gözünə sataşan hər hansı yerdə) gündəliklərdən, əlyazmamdan, özümün və özgənin məktublarından, rəsmlərimdən və ilaxır, – hər nə tapılsa, hamısı oxunmadan məhv edilməlidir. Yazdıqlarımdan, çəkdiklərimdən səndə nə varsa, hamısını yandırarsan, başqalarında olanları da yandırmağı mənim adımdan xahiş edərsən. Məktubları sənə qaytarmaq istəməyənlər, qoy onda zəhmət çəkib özləri onları yandırsınlar».
Daha sonra karandaşla yazılan digər qeyd – mətnini yuxarıda dərc etdiyimiz «VƏSİYYƏT» tapılıb ortaya çıxmışdır.
Hər iki qeydlə əlaqədar ədəbi mühitdə səngimək bilməyən mübahisələr, çəkişmələr günü bu günəcən davam etsə də, ortaya çıxan və yeni müzakirə predmetinə çevrilən təzə versiyalar, müxtəlif ehtimal və gümanlar bir-birindən nə qədər fərqlənsə də, Kafkanın yeganə arzusu, istəyi, tələbi dəyişməz olaraq qalır: o hər iki qeyddə bütün əlyazmalarının yandırılmasını, məhv edilməsini israr edir!
Hər iki qeyddə, hər iki mətndə aşkar ifadə olunmuş həqiqət – Kafka həqiqəti! – məhz bundan ibarətdir. Bu arzu, bu istək, bu tələb yerinə yetirilməsə də, əvəzində müasir sivil bəşəriyyət Kafka irsinə yiyələnməkdə bu gün yəqin ki, məhz «xəyanətkara» – Maks Broda minnətdar olmalıdır.

Frans

«Doktor, mənə ölüm verin, əks təqdirlə siz qatilsiniz…»
Frans Kafka