Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:58

Analoqu olmayan turizm - [Video]


-
Avqustun 8-də Youtube-da polisin paytaxt Bakı ilə tanış olan turistləri ərazidən uzaqlaşdırmasını əks etdirən videolar yayılıb.

Video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Videodan görünür ki, vaxti ilə İctimai Televiziyadakı "Bakı sirləri" verilişinin aparıcısı Fuad Axundov küçədə turistlərə Azərbaycan və Bakının tarixi haqqında məlumat verir. Bu zaman o, polis qadağası ilə üzləşir. Əraziyə yaxınlaşan polis onlardan ərazidən uzaqlaşmağı tələb edir.

Bələdçi Fuad Axundov polisə Bakıda keçirilən festival nümayəndələrinə Azərbaycan tarixi haqda danışdığını deyir. Polis isə ondan Bakı ilə tanışlığı qapalı məkanda davam etdirməsini tələb edir. O polisdən 5 dəqiqə vaxt istəyir. Bir müddət sonra əraziyə Post Patrul Xidməti maşını gəlir və onlar da eyni tələblə çıxış edirlər. Fuad Axundov polislərə bu hərəkətlərinə görə etiraz edir.
"Biz mədəni ekskursiya keçiririk. Siz bizi biabır edirsiniz. Yaxşı biz keçirik binanın içərisinə"
Bundan sonra Fuad Axundov turistləri muzeyə dəvət edir və söhbət qapalı məkanda davam etdirilir.
Vesti.az müsahibəsdində F. Axundov deyib ki, o müəllif mahnıları festifalına gələn qonaqlar üçün eksukursiya təşkil edibmiş və bu zaman polis qadağası ilə üzləşib.
"Mən çalışırdım ana dilində danışım ki, turistlər dialoqun nə barədə getdiyini başa düşməsinlər. Onlar MDB-dən olan rusdilli qonaqlar idi. Açığını deyim elə də xoşagələn mənzərə deyildi. Sakitlik və qayda-qanunu təmin etmək əvəzinə onlar özləri bunu pozdular”.
O, belə bir hadisə ilə birinci dəfə üzləşmədiyini deyib.
“Ötən il zərərçəkən bizim ekuskursantlar idi. Allaha çox şükür ki, onda polis bizi terrorçu çıxartmadı”.
Gün ərzində məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG