Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:03

Salman Rushdie «İslam Dövləti» yaraqlılarına qarşı


Salman Rushdie
Salman Rushdie

-

Qalmaqallı “Şeytan ayələri” romanının müəllifi, Britaniya yazıçısı Salman Rushdie deyib ki, “nifrət dolu dini ritorika - dünyanın ən qorxunc müasir silahıdır”.

Onun sözlərinə görə, belə ritorika yüzlərlə, bəlkə də minlərlə britaniyalı müsəlmanı “İslam dövləti” qrupunun başkəsən barbarlarına qoşulmağa inandırır.

Və Britaniya müsəlmanları Britaniya ordusundan daha çox “İslam dövləti”nin dəstələrinə qoşulurlar.

PEN/Pinter Ədəbi Mükafatına layiq görülən Rushdie təqdimat mərasimində deyib ki, “islamofobiya” sözündən heç xoşu gəlmir.

Onun fikrincə, Əfqanıstanda Talibanın, İranda ayətullaların, İraqda isə “İslam dövləti” qrupunun təqibləri ilə üzləşən insanları müdafiə etmək gerizəkalılıq, İslamı aşağılamaq kimi anlaşılmamalıdır:

“İraqda məhv edilən yalnızca insanlar deyil, bütöv bir sivilizasiyadır… Əgər mənim sənin ideyalarından xoşum gəlmirsə, bunun qəbuledilməz olduğunu deyə bilərəm. Necə ki sənin mənim ideyalarımdan xoşun gəlmirsə, bunu dilinə gətirə bilirsən. Mənim öz ideyalarımı dilə gətirməyimə sənin təxəyyülündə mövcud olan tanrıya görə qadağa qoyula bilməz”.

Rushdie deyib ki, düzdü, Amerikada xristian, Hindistanda isə hindu ekstremistləri var, amma dini ekstremizm problemi daha çox İslam dünyası ilə bağlıdır. Bunun da kökündə Səudiyyə Ərəbistanının dəstəklədiyi Sələfi hərəkatının ölümsaçan savaş ideologiyası dayanır.

1989-cu ildə İranın ali dini lideri, peyğəmbəri təhqir etdiyini deyərək Rushdie-ni ölümə məhkum etmişdi. O, bu fitvaya görə uzun illər gizli həyat yaşamışdı.

Son illər Rushdie ekstremistləri tənqid edən fikirlər səsləndirməkdədir.

Rushdie PEN/Pinter mükafatını həbsə atılan suriyalı fəal Mazen Darwish ilə böləcəyini deyib. Darwish Suriyada gedən vətəndaş müharibəsi haqda xəbərlər yaydığı üçün 2012-ci ildən həbsdədir.

XS
SM
MD
LG