Çeçenistanda yerləşən Qroznı mülki aviasiya şirkəti Kiyevin etirazına baxmayaraq Yerevandan Krıma uçuşlar təşkil etmək istəyir.
“Qrozny Air” şirkətinin rəsmisi Timur Shimayev Azadlıq Radiosuna deyib ki, birinci reys noyabrın 17-nə planlaşdırılır və Yerevan-Krım reysi olacaq.
Ancaq Ukraynanın Ermənistandakı səfiri İvan Kukhta oktyabrın 29-da Yerevanda jurnalistlərtə deyib ki, Yerevanla Krım arasında istənilən uçuşa birinci növbədə Kiyevin razılığı lazımdır.
Ermənistan hökumətinin mülki aviasiya departamentinin sözçüsü Grdzelian da bundan 5 gün əvvəl demişdi ki, Rusiyanın regional hava şirkətinə Ermənistandan Krıma uçuşlar təşkil etməyə icazə verilməyib.