Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:09

Nazir müəllimlər üçün boş iş yerlərinin gizlədildiyini deyir


Arxiv fotosu. Bakı məktblərində birində drs zamanı.
Arxiv fotosu. Bakı məktblərində birində drs zamanı.

.

“Prezidentin sərəncamı ilə Bakıda çalışan, diaqnostik qiymətləndirmədən keçirilən 32 min müəllimin maaşı iki dəfə artırılıb. Bu qərardan sonra dərs yükü də 1,5 dəfə artırılan həmin müəllimlərin maaşı orta aylıq əmək haqqına yaxınlaşıb. Bu tədbirin bütün bölgələrdə keçirilməsi ilə bağlı hökumətə təkliflər təqdim edilib”.

Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Bunu təhsil naziri Mikayıl Cabbarov keçmiş prezident Heydər Əliyevin doğum günü münasibətilə şagirdlər arasında təşkil olunan inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Mayın 5-də keçirilən mərasimdə nazir həmçinin rayon təhsil şöbələrində bəzi qanundan kənar halların baş verdiyini də vurğulayıb:

VAKANSİYALAR GİZLƏDİLİR

"Bizi narahat edən məqamlar var. Təhsil Nazirliyi tərəfindən daim aparılan monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrində bəzi müəllim yerlərinin gizlədilməsi halları ilə rastlaşırıq. Bu hallar barədə məlumatlar həm ictimaiyyətə, həm də aidiyyatı qurumlara daim çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək”.

MÜƏLLİMLƏRİN MAAŞI HƏDDƏN ARTIQ AŞAĞIDIR

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bəzi müəllimlərin maaşlarının qaldırılmasını müsbət qiymətləndirsə də burada mənfi halların olduğunu da bildirir:

“Müəllimlərin maaşının qaldırılması müsbət tendesiyadır. Lakin, bunu elə etmək lazımdır ki, digər müəllimlərin hüquqları pozulmasın. Təhsil nazirinin son addımlarını təqdir etmişəm və yenə də təqdir edirəm. Xüsusilə korrupsiyaya qarşı verdiyi sərəncamları.

Lakin, bu mexanizmlə korrupsiya ilə mübarizə aparmaq mümükün deyil. Diaqnostik qiymətləndirmə niyə məhz Bakıda və Sumqayıtda aparılır və həmin müəllimlərin maaşı qaldırılır. Rayon və kənd məktəblərində isə hələ bu qiymətləndirilmə aparılmır.

Üstəlik, bu qiymətləndirilmədən “2” qiymət alanın da maaşı eyni dərəcədə qaldırılıb, “5” alanın da. Dərs yükünün artırılması da süni şəkildə edilib. Yəni, heç kimin dərsini alıb, digərinə verməyiblər. Dərsin artırılması əmək haqqının qaldırılması demək deyil. Əksinə, iş yükünün ağırlaşdırılmasıdır. Son vaxtlar manatın məzənnəsinin aşağı düşdüyünü nəzərə alsaq, bu, ümumiyyətlə maaş artımı sayılmayacaq. Müəllimin maaşı həddindən çox aşağıdır”.

Nabatəli Qulamov
Nabatəli Qulamov

“MƏNFƏƏT GÖTÜRÜLƏR”

Ekspert vakansiyaların gizlədilməsi məsələsinə də toxundu:

“Məktəb direktorlorları vakansiyaları gizlədirlər. Nazirin imzaladığı əmrə görə vakansiyaların gizlədilməsi mümkün olmayacaq. Bir də direktor dərs bölgüsündə istədiyini edirdi. İndi isə Bakı məktəblərində 18 saatdan artıq dərs saatı olmayacaq. Bundan sonra yerlər artıq gizlədilə bilməyəcək. Vakansiyanı necə gizlədirlər? Deyək ki, 20 saat coğrafiya dərsi var. Direktor həmin dərsi gizlədir və daxili əmrlə istədikləri kimi istifadə edirlər. Müəllimlərə paylayırlar, mənfəət götürürlər və s.”

AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN ORTA MAAŞI 250 MANATDIR

Yanvar ayında prezident İlham Əliyev bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması nəzərdə tutulurdu.

Bu sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacağı gözlənilirdi. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil olunur.

Azərbaycanda müəllimlərin orta aylıq maaşı təxminən 250 manatdır.

XS
SM
MD
LG