-
Roma papası Francis etiraf edib ki, 1990-cı ildən bəri televizora baxmır.
Argentinanın “La Voz Del Pueblo” qəzetinə müsahibəsində Papa deyib ki, 25 il qabaq Məryəm Anaya bir daha televizora baxmayacağını vəd edib.
“Mənlik deyil” – deyə o, qərarının səbəbini izah edib.
Papa İnternetdən istifadə etmədini, dogma şəhərinin futbol komandasının udub-udmadığı xəbərini isveçrəli mühafizəçisindən öyrəndiyi söyləyib.
Jurnalist Papanın Vatikanda yüksək vəzifəyə seçilməzdən əvvəlki həyat tərzini nəzərdə tutaraq soruşub ki, “nəyin xiffətini çəkirsiziniz”.
“Azadlıq və pitsanın” – deyə Papa cavab verib. Etiraf edib ki, küçələri gəzib-dolaşandan sonra da pitsaxanaya girib yaxşı bir pitsa yeməkdən ötrü burnunun ucu göynəyir.
“Sifariş edin gətirsinlər” – deyib müxbir.
Papanın cavabı belə olub: “Onun yerini verməz”.
Papa deyib ki, yalnız İtaliyanın “La Repubblica” qəzetini oxuyur, Vatikanın rəsmi “L'Osservatore Romano” qəzetini isə “10 dəqiqə vərəqləyir”.
Uşaqlıqda heç zaman nə papa, nə də general, yaxud prezident olmağı arzulamadığını etiraf edən Francis “necə xatırlanmağınızı istərdiniz” sualına “yaxşı oğlan kimi” cavabını verib: “Qoy desinlər ki, o, yaxşı işlər görməyə çalışan yaxşı bir oğlandı”.