Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Xaricdən qrant almağı daha da çətinləşdirdilər


-

Bir ildən çoxdu Azərbaycanda qrantlar qeydiyyata alınmır.

Nəhayət Nazirlər Kabineti “Qrant müqavilələrinin qeydə alınması qaydası”nı təsdiqlədi. Bununla QHT-lərin qrantı qeydiyyata salmaq problemi həllini tapacaqmı?

“QRANT HAQDA QANUN” DƏYİŞƏNDƏN SONRA…

Azərbaycan parlamenti 2013-cü il dekabrın 17-də "Qrantlar haqda qanun”u dəyişib.

Hələ o vaxt bu qanuna edilən dəyişikliklər tənqid edilir, ümumilikdə "vətəndaş cəmiyyətinin məhvi" aldandırlırdı.

İndi həbsdə olan Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyev yazırdı ki, bu qanunun məqsədi müstəqil QHT-lərin fəaliyyətini dondurmaq, hökumətdən aslı vəziyyətə salmaqdır.

Prezident qanuna dəyişiklikləri təsdiqləyəndən sonra - 2014-cü ildə “Qrant müqavilələrinin qeydə alınması qaydaları”nın təsqidlənməsini Nazirlər Kabinetinə tapırmışdı.

“İTİRƏN AZƏRBAYCAN VƏTƏNDAŞ CƏMİYYƏTİ OLACAQ”

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli düşünür ki, bundan sonra xarici donorların Azərbaycana marağı azalacaq:

“Son bir ildə qrantların qeydə alınmaması, indi də belə dolaşıq və sərt qaydalar vətəndaş cəmiyyətinin effektiv fəalliyyət imkanlarını minimuma endirəcək. Ola bilər ki, dövlətdən qrant alanların işi asan olsun, amma onlar da aslı durumda olacaq. Xarici maliyyə mənbələri – donorlar Azərbaycana qrant ayırmaqdan imtina edəcəklər.

Çünki onların gəlib Azərbaycanda qeydiyyatdan keçməyə, qeydiyyat üçün tələb olunan sənədləri toplamağa həvəsləri olmaya bilər. Yekun nəticədə bundan itiriən Azərbaycan vətəndaş cəmiyyəti olacaq”.

Ələsgər Məmmədli qrant müqavilələrinin qeydə alınmasında aidiyyatı dövlət təşkilatlarının imkanlarından danışır. Bildirir ki, həmin qurumlar, subyektiv səbəblərə görə qrant müqavilələrini ümumiyyətlə qeydə almaya bilərlər:

“Halbuki, müqavilələr iki şəxs – pul verən və alan arasında bağlanılır. Burada tərəflərin razılığı varsa, üçüncü tərəf artıqdır”.

YERLİ QHT-LƏRİ "KOMSOMOL" TƏŞKİLATLARINA ÇEVİRMƏMƏK ÜÇÜN...

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Yeni qaydaya əsasən, İqtisadiyyat və Senayə Nazirliyi - kommersiya, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - dini, Ədliyyə Nazirliyi - digər qeyri-kommersiya qurumları və fiziki şəxslərlə bağlanan qrant müqavilələri ilə bağlı məsələləri icra edəcək.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı vətəndaş cəmiyyəti inkişaf edən ölkələrdə demokratiya, insan haqlarına hörmət olduğunu vurğulayır:

“Demokratiyanı gücləndirmək üçün vətəndaş cəmiyyətinin inkişafı lazımdır. Bu dəyişimlərin tərəfdarları bildirirlər ki, Azərbaycan hökuməti QHT-lərə Dövlət Dəstəyi Şurasının vasitəsi ilə vətəndaş cəmiyyətinin inkişafına yardım edir. Bu şura bir QHT-yə bir dəfə vəsait ayıra bilər. Ölkədə 3 min QHT var. Bu təşkilatların “komsomol” təşkilatlarına çevrilməməsi üçün müstəqil fəaliyyət, maliyyə imkanları yaradılmalıdır”.

"BİZİM İSTƏYİMİZ ŞƏFFAFLIQDIR…"

Əli Hüseynli
Əli Hüseynli

“Qrant haqda qanun”a edilən dəyişiklikləri beynəlxalq və yerli ictimaiyyət sərt tənqidlə qarşıladı. Qanun layihəsinin müəllifi, millət vəkili Əli Hüseynli səslənən tənqidlərlə bağlı AzadlıqRadiosuna bildirmişdi ki, qanunun məqsədi şəffaflıqdır:

“Çox təəssüf edirəm ki, Avropa təsisatları, Qərb təşkilatları mahiyyətə varmadan yeni qanunla bağlı tənqidi bəyanatlar yaydılar. Dövlət, donor təşkilat, həm də vətəndaş cəmiyyəti bu prosesi şəffaf görməldir”.

Əli Hüseynli əlavə etmişdi ki, bütövlükdə Azərbaycan ictimaiyyəti xarici və yerli donorların maliyyələşdirdiyi layihələr, onların hədəfləri haqda məlumatların şəffaflığını istəyir".

Bu qanuna dəyişiklikləri pisləyənlər isə əskinə, hesab edirlər ki, hökumətin istəyi müstəqil QHT-ləri sıxışdırmaq, onların işini nəzarətdə saxlamaqdır

XS
SM
MD
LG