Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:53

Facebook-u dünyanın ucqarlarına dron gətirəcək


Qanadlarının açımı Boeing 737 təyyarəsinin qanadları qədər olan pilotsuz qurğunun çəkisi Toyota Prius avtomobilindən üç dəfə yüngül olmalıdır.

Facebook şirkəti dünyanın ucqarlarına internetə çıxış vermək üçün pilotsuz təyyarələrdən – dronlardan istifadə etməyi planlaşdırır.

“Bloomberg” saytında dərc olunmuş xəbərdə deyilir ki, şirkətin bu məqsədlə istifadə edəcəyi dronları 27 min 400 metr hündürlüyə balonlar qaldıracaq.

Bu təyyarələr üç ay müddətində uçacaq və lazer vasitəsi ilə siqnal yayacaq.

Boeing boyda, Toyota-dan yüngül

Sosial media şirkəti daha çox insanı internetə bağlamaq planlarının təfərrüatları barədə ötən cümə axşamı geniş məlumat verib.

Bizim missiyamız dünyada hər bir insanı internetə bağlamaqdır

Bu məlumatlara görə qanadlarının açımı Boeing 737 təyyarəsinin qanadları qədər olan pilotsuz qurğunun çəkisi Toyota Prius avtomobilindən üç dəfə yüngül olmalıdır.

Dronun bütün səthi günəş lövhələri ilə üzləndiyindən uçuş üçün yanacağa ehtiyac olmayacaq.

Bu təşəbbüs Facebook şirkətinin rəhbəri Mark Zuckerberg-in virtual dünya ilə əlaqəsi olmayan 2, 5 milyard insana internetə çıxış vermək planının bir hissəsidir.

Təyyarələr artıq hazırlanır

Facebook-un vise prezidentiJay Parikh deyib ki, “Bizim missiyamız dünyada hər bir insanı internetə bağlamaqdır”.

Hazırda internetə çıxışı olan bütün insanların yarısının istifadə etdiyi Facebook şəbəkəsinin rəhbəri Zuckerberg deyib ki, bu layihə başlanğıcda ziyanla işləyəcək.

1, 4 milyard insanın şəbəkəsi olan Facebook etiraf edib ki, bu layihə onun özü üçün də tam yeni sahədir.

Bloomberg yazır ki, şirkət ilin qalan hissəsini müvafiq təyyarələrin sınağına həsr edəcvək.

Aquila adlanan dronlar Avropadakı laboratoriyalardan birində tikilir.

XS
SM
MD
LG