Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 06:11

27 min uşağı doğulmamış öldürdülər


Foto illüstrasiya
Foto illüstrasiya

-

Ötən il Azərbaycanda qeyri-leqal abortlar da daxil olmaqla 27220 abort qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda belə deyilir. Bu abortların 1023-ü ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib.

2014-cü ildə hər 1000 fertil, yəni 15-49 yaşda olan qadına 10 abort düşüb.

Abortu daha çox 25-34 yaşlı qadınlar etdirib. Ümumilikdə, ötən il 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub.

Ötən il ölkədə 5.5 min uşaq vaxtından əvvəl doğulub. Mütəxəssislərin dediyinə görə, vaxtından əvvəl doğuşlar əsasən anaların əvvəllər tez-tez aborta getməsiylə bağlıdır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Trend-ə verilən məlumata görə, bu rəqəmlər ölkədəki bütün abortların sayını əks etdirmir: «Çünki qadınlar reseptsiz satılan bəzi dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar bəzi hallarda problemsiz bitsə də, bir çox hallarda güclü qanaxma ilə nəticələnir».

AZƏRBAYCANDA ABORT – 56 FAİZ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tədqiqatlarına görə, Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir abort əməliyyatı keçirib.

Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur.

Milli Məclisdə dəfələrlə müzakirəyə çıxarılan və hələ də qəbul olunmayan «Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanun layihəsi selektiv abortların aparılmasını qadağan edir. Layihəyə əsasən, dölün 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər.

Bu qanun layihəsinin müzakirəsinin təxirə salınması onun milli mentalitetə uyğun gəlməməsi ilə izah edilir.

XS
SM
MD
LG