Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:06

O.Pamuk: "Bəzən bilmirəm ağzımı necə yumulu saxlayım"


Orhan Pamuk
Orhan Pamuk

- "Axı mən də hirslənirəm, həqiqəti demək istəyirəm"

"Siyasətdən qaçmaq və məşhur türk yazıçısı olmaq mümkün deyil, hətta əgər yalnız güllərdən və kəpənəklərdən yazırsansa belə.”

O.Pamuk kiçik, eksperimental "ideya romanları" yazacaq

"The Guardian" qəzetinin jurnalisti İstanbula gedərək, Orxan Pamukdan geniş müsahibə alıb. Müsahibə qəzetdə bu başlıqla dərc edilib: “Siyasətdən qaçmaq mümkün deyil. Bəzən bilmirəm ağzımı necə yumulu saxlayım.”

O.Pamuk deyib ki, hələ də cangüdənlə gəzir və onu cangüdənlə Türkiyə dövləti təmin edir. "Hələ də bəzən özümü təhlükədə hiss edirəm."

Düşmənlərinin kimlər olduğu haqda suala belə cavab verib: “Küçədə sənə hücum edən adam romanlarını oxuyan adam olmur. O, yalnız populyar qəzetlərdə mənim "The Guardian" jurnalistinə nə dedyim haqda xəbəri oxuyur. Jurnalist o xəbəri bir az dəyişdirir, redaktor bir az duz-istiot artırır, populyar qəzet də bir az.

Başıma gələn heç bir bəlanın səbəbi kitablarım deyil, Türkiyənin problemləridir. Əslində mənə siyasi problemlər müxtəlif dillərə tərcümə olunmağa başlayanda gəldi.

Deməzdim həmişə, amma bəzən bilmirəm ağzımı necə yumulu saxlayım. Axı mən də hirslənirəm, həqiqəti demək istəyirəm...

Siyasətdən qaçmaq və məşhur türk yazıçısı olmaq mümkün deyil, hətta əgər yalnız güllərdən və kəpənəklərdən yazırsansa belə.”

Növbəti əsəri haqda suala cavabında O.Pamuk "İdeya romanları" layihəsinə başlamaq istədiyini deyib."Kiçik kitab üzərində işləyirəm, amma mənim qısa kitabım 250 səhifə olur adətən."

"Kitab nə haqdadır? Fars epik əsəri olan "Şahnamə"də Rüstəm və Söhrabın hekayəti var, ata oğlunu öldürür.

Sofoklun "Edip" əsərində isə oğul atanı öldürür. İndi mən kiçik, eksperimental roman yazıram, həmin bu ideya haqda romandır. Qətl romanıdır."

XS
SM
MD
LG