-
MobilReportyor rublikasına bu şəkli göndərən oxucu Məmməd Məmmədov yazır ki, günbəzi sökülən məscid Şəmkir rayonunun Zəyəm kəndində onun özəl torpağında yerləşir. Oktyabrın 12-də polis və icra hakimiyyətinin təmsilçiləri gəlib onu sökməyə gəliblər.
M.Məmmədov deyir:
"Məscidi camaat pul yığaraq tikib. Torpağın sənədi olsa da, məscidin tikintisinə icazəm yoxdu. Amma bizə Qafqaz Müsəlmanları İdarəsi demişdi ki, siz tikin, sonra icma qurulsun, Şəmkir Cümə məscidinin balansına keçsin.
Polis sənəd istəyəndə olmadı, hazır məscid idi, içində tamamlama işi gedirdi. Camaat ayağa qalxmaq istədi ki, sökməyə qoymasınlar. Mən qarşısını aldım ki, heç bir insident olmasın".
İş günü bitdiyi üçün məsələyə QMİ-nin münasibətini öyrənə bilmədik.
Buna da bax: 1 milyon manat oğurlayana hökm oxundu
***
Sən də rastına çıxan maraqlı hadisələri videoya, fotoya çəkib bizə göndərə bilərsən.
(+420) 778 711 700 - WhatsApp nömrəmiz. Çəkdiyin video və fotoları bizə göndər
Çəkdiklərini MobilReportyor-a belə çatdır:
- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.
Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com