Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:49

İlqar Məmmədovla görüşdülər


İlqar Məmmədov
İlqar Məmmədov

-

Ombudsman Aparatının əməkdaşları REAL-ın həbsxanada olan sədri İlqar Məmmədovla görüşüblər.

APA xəbər verir ki, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən baş çəkiblər.

Qrup İlqar Məmmədovu tək qəbul edib və o, ona qarşı kobud rəftardan şikayət edib. MPQ bildirir ki, Qrupun həkim üzvünün iştirakı ilə bədəninə baxış keçirilib, amma hər hansı xəsarət izi aşkar olunmayıb.

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova AzadlıqRadiosuna bildirmişdi ki, İlqarın dişi sındırılıb.

Vəkili Cavad Cavadov İlqar Məmmədovun oktyabrın 16-da həbsxanada döyüldüyünü iddia edərək, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və ombudsman Elmira Süleymanovaya müraciət etmişdi.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

XS
SM
MD
LG