Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57

"Türk dilini öyrənmək çox çətindir"


-

OxuZalının arxivindən

Populyar, gündəlik mövzularda kitablar yazan alman yazar bu dəfə Türk dili haqda məqalə yazıb.

"Türk dilinə gəlincə isə, ingilisdillilər hind-Avropa dillərilə müqayisədə daha çətin tapşırıqla üzləşirlər."

Bernd Brunner

Türkcə necə "Yox" deməli

(ixtisarla)

Bəzi adamlar dil öyrənməyi çətin iş sayırlar. Türk dilinə gəlincə isə, ingilisdillilər hind-Avropa dillərilə müqayisədə daha çətin tapşırıqla üzləşirlər.

Türk əlifbasında niyə “w” hərfi yoxdur?..

Niyə "engel" maneə deməkdir, "kalender" qeyri-ənənəvi, tabak - boşqab?

Niyə siqareti “içirlər”? Niyə günəbaxana “Ay çiçəyi” deyirlər? Nyə "hornet" “eşşəkarısı”dır?

“İ” hərfini nöqtələməməyə alışmaq olarmı?

Türk dilində “to be” və ya “to have” üçün birbaşa feli qarşılıq yoxdur. Bu, aqlutinativ dildir, yəni şəxs də, zaman da, hal da sözə şəkilçilər artırmaqla ifadə olunr.

İstanbuldayım” – “I am in Istanbul” – bir sözdür. Sözün sonuna çatmasan feli bilməyəcəksən deyə, bir neçə budaq cümləni keçməlisən ki, onların bir-birilə hansı münasibətdə olduğunu anlayasan.

He, she, it” əvəzinə bir sözləri var: “o”.

Bernd Brunner
Bernd Brunner

Türk dilində səs estetikası ahəng qanununa tabedir.

Türk dilinin sintaksisi, sözlər və cümlələr ingilis dilindən tamamilə fərqli cür qurulub.

Bəzi sözlərə diqqətlə baxmalı və ya dinləməlisən ki, onları qarışıq salmayasan: “Kış” - “winter”, “kiş” - “quiche”, “kişi”- “person”, “kız” - “girl.”

Bəzən sadəcə vurğu sözün mənasını dəyişdirir.

İki cür "no"ları var. Baxmayaraq ki, “Hayır” sözləri var, gündəlik danışıqda “yox” deyirlər.

“Elma var mı?” (“Do you have any apples?”)
“Yok” (“There aren’t any.”)

Istanbuldan bir mənzərə
Istanbuldan bir mənzərə

Xristian əcnəbi olaraq Allah (“gosh”), İnşallah (“hopefully”), Selamün aleikum sözlərini tərəddüdsüz deyə bilərsinizmi?

Bu dildə beş minə yaxın fransız köklü söz var. Amma fransızca bilənlərin türk dilindən baş çıxaracaqlarını sananlar yanılırlar.

Bu dildə çoxlu ərəb-fars sözləri də var. Hansı sözü işlətməlisən: türkcə orijinalı, ya ərəb-fars sözünü? Onları paralel də işlədirlər.

Türkiyədən başqa, Azərbaycanda on milyon insan Türk dilinə çox bənzər dildə danışır və çox bənzər əlifbadan istifadə edir. İranda 30 milyona yaxın azərbaycanlı bu dili ərəb-fars əlifbasıyla yazır.

Özbəkistanda bu dildə 25 milyon insan danışır. Hətta İstanbuldan beş min kilometr aralıda, Çinin şimal qərbində uyğurlar da.

"The Paris Review" dərgisinin bloqu

XS
SM
MD
LG