-
«Forbes» jurnalı bu il üçüncü dəfə Rusiya prezidenti Vladimir Putin-i dünyanın ən nüfuzlu adamı seçib.
Jurnal bildirir ki, Rusiyaya qarşı sanksiyalar və ölkə iqtisadiyyatının zəifləməsinə baxmayaraq, iyunda Putin-in ölkədə reytinqi 89 faiz olub.
Jurnalın reytinqində sonrakı yerlərdə Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barack Obama, Roma Papası Francis və Çin lideri Xi Jinping gəlir.
Ümumrusiya İctimai Rəy Mərkəzinin bu gülərdə yaydığı hesabata görə, Vladimir Putin-in ölkə daxilində reytinqi tarixi maksimuma-təxminən 90 faizə qalxıb.
Rəyi soruşulanların 89.9 faizi Putin-in fəaliyyətini bəyənib.
Ekspertlərin fikrincə, bu, ilk növbədə Suriyada hadisələrin inkişafı ilə bağlıdır.
Sosioloqlar, ümumiyyətlə, son 1 il 6 ay ərzində Putin-in reytinqinin 80 faizdən yuxarı olduğunu xatırladırlar.
Putinin reytinqi 2014-cü ildə Krımın ilhaqından sonra qalxmağa başlayıb.