Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:30

"Eldar Mahmudovun evində axtarış: kilolarla brilyant..."


Eldar Mahmudov
Eldar Mahmudov

Virtualaz.org saytı yazır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.

Bu haqda sayta hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib:

“Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb. Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib. Virtualaz.org saytı yaxın vaxtlarda bu haqda daha müfəssəl məlumatlar verəcək”.

Əliyevin “əməlisaleh” nazirləri

“Azadlıq” qəzeti "Əliyevin “əməlisaleh” nazirləri" məqaləsində yazır ki, hakimiyyət inkişaf, sabitlik, tolerantlıq təbliğatı aparsa da, ölkənin bütün sahələrində böhran hökm sürür. “Xüsusən son vaxtlar baş verənlər göstərir ki, ölkəni idarə edən komanda tamamilə yararsızdır və bu yararsız mənzərinin rəssamı birinci şəxsdir.

MTN-də baş verənlər göstərdi ki, ölkənin əsas strukturlarından biri olan qurum cinayət yuvası imiş. İndi də keçmiş rabitə naziri Əli Abbasov haqqında da eyni ssenari yazılır. Əli Abbasov vəzifədən azad edilən kimi Şüvəlandakı milyonluq villasının şəkilləri yayıldı. Eyni hallar Müdafiə Nazirliyində də baş verdi.

Nazirliyin ən əsas strukturlarında korrupsiya faktları aşkar edildi, məsul şəxslər həbs olundu. Səfər Əbiyev vəzifədən azad edildikdən sonra isə hökumətyanlılar daha ağır ittihamlar səsləndirməyə başladı.

Ziya Məmmədov hələ də nazir postunda qalsa da xeyli səlahiyyətlər əlindən alındı və nazirliyin tikdiyi komplekslərin, yolların bərbad gündə olması etiraf edildi. Komandanın “sandığı” açıldıqca məlum olur ki, ölkə idarə olunmur, sadəcə olaraq dövlətin sərvətlərini şəxslər mənimsəyir”.

İranın Bakıdakı səfirliyinin qarşısına tualet fırçası

“Yeni Müsavat” qəzeti yazır ki, noyabrın 14-də Milliyyətçi Gənclər Təşkilatının İranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyasında səfirliyin binası qarşısına tualet fırçası atılıb.

Aksiya iştirakçıları noyabrın 6-da İranın dövlət kanalı “Kanal 2”nin “Fitilə” prqoramında gedən səhnəciyə etiraz edib. Səhnəcikdə göstərilir ki. azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır, dişlərini tualet fırçası ilə təmizləyir. Aksiyaçıalr bildirib ki, Təbrizdə davam etdikcə onlar da Bakıda İran səfirliyi qarşısında etirazları davam etdirəcəklər.

“Etirazçılar səfirliyə xüsusi “hədiyyə” də hazırlamışdılar. Aksiya iştirakçıları özləri ilə məlum səhnəcikdə göstərilən tualet fırçasından da gətirmişdilər. Səfirlik onları qəbul etmədiyi üçün səfirliyin binasə qarşısına atdılar ”.

Azərbaycan nümunəvi tolerantlıq məkanıdır

“Azərbaycan” qəzeti yazır ki, İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti humanizm, insanpərvərlik, toleran cəmiyyətə xidmət edir. “Bu gün Azərbaycan dünya miqyasında tolerantlıq istiqamətində aparılan siyasətdə seçilən, fərqlənən ölkələrdən biridir. Demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu və bunlarla paralel olaraq tolerantlıq və multikulturalizmlə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirir və dinamik inkişaf üçün yeni imkanlar açır.

16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı UNESCO-nun qərarında dünyada hamını biri-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış edilir. Azərbaycan Respublikasında da azərbaycanlı adı altında birləşən onlarla xalqlar və etnik qrupların nümayəndələri də qarşılıqlı hörmət və mehribanlığı ilə daima bu çağırışın ruhunda yaşamış və yaşamaqdadır.

XS
SM
MD
LG