Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:07

“Oqtay Gülalıyev prokurorluğu məhkəməyə verə bilər”


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

►​“Xəbərdarlıq etdik ki, hər hansı qanun pozuntusundan çəkinsin”

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov hüquq müdafiəşisi Oqtay Gülalıyevin yanvarn 6-da prokurorluğa çağırılmasına münasibət bildirərkən deyib.

“Xəbərdarlıq bununla bağlıdır ki, dövlət qurumları, vəzifəli şəxslərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yazmaq, dərc etmək olmaz”.

O.Gülalıyev deyir ki, onu son əfv sərəncamı haqda yazısına görə sorğu-sual ediblər.

“Bunu bir təzyiq kimi qiymətləndirirəm”, - “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevsə məsələyə belə qiymət verir:

O deyir ki, məqsəd Oqtay Gülalıyevin fəaliyyətini məhdudlaşdırmaqdır. Onun sözlərinə görə, yazı müəllifinin o zaman prokurorluğa çağrılması qanuna uyğundur ki, hüquq-mühafizə orqanları məqalədə söz açılan qanun pozuntuları ilə bağlı araşdırma aparmaq istəyir: “Burda isə hakimiyyətin narahatçılığını görmək mümkündür. Bu da ölkədə artan gərginliklə bağlıdır”, - Mehman Əliyev əlavə edir.

“Prokurorluq qanun sərhədlərini aşıb”

Hüquqşünas Xalid Ağaəliyevin fikrincə, yazı müəllifinə məqaləsinə görə xəbərdarlıq etmək ifadə azadlığı hüququnun pozulmasıdır:

“Əsas mövzu ifadə azadlığı hüququnun durumudur. İfadə azadlığı təkcə cəmiyyətin, dövlət qurumlarının xoşuna gələn fikirləri söyləmək deyil, həm də tənqid edən, bəzən tənqidin sərhədlərini də zorlayan ifadələrin dilə gətirilməsidir”.

Xalid Ağaəliyevin sözlərinə görə, prokurorluğun Oqtay Gülalıyevi fikirlərinə, tənqidlərinə görə çək-çevir etməsi qanun sərhədlərini aşıb:

“Oqtay bəy ifadə azadlığı hüququnun pozulması ilə bağlı Baş Prokurorluğu məhkəməyə verə bilər”.

XS
SM
MD
LG