Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:28

L.Tolstoy: Xoşbəxtliyin heç nə etmədən oturmaq olduğunu düşünürlər


Kitablar
Kitablar

-

Müxtəlif xalqların gündəlik nitqinə keçmiş, müəllifi unudulmuş bu cümlələr Lev Tolstoyun əsərlərindən gəlir.

- Hakimiyyət öz gücünü xalqın savadsızlığından alır, özü də bunu bilir, odur ki, həmişə maarifçiliklə mübarizə aparacaq.

- Hamı insanlığı dəyişdirmək haqqında düşünür, heç kəs özünü dəyişdirmək haqda düşünmür.

- Yaxşı şeylər gözləməyi bacaran adama gəlir.

- Güclü insanlar həmişə sadə olurlar.

- Qoy hər kəs öz qapısının ağzını süpürsün. Onda bütün küçə təmiz olar.

- Hamıya elə gəlir ki, bizi yaxşı olduğumuzdan sevirlər. Heç ağlımıza gəlmir ki, bizi yaxşı olduqlarına görə sevirlər.

- Sevgisiz yaşamaq daha asan olardı. Amma nə mənası olardı o həyatın?!

- Məndə sevdiyim hər şey yoxdur. Amma əlimdə olan hər şeyi sevirəm.

- Dünya əziyyət çəkən insanların hesabına fırlanır.

- Ən böyük həqiqətlər – ən sadə şeylərdir.

- Məsələ çox bilməkdə deyil, lazım olanı bilməkdədir.

- İnsanlar adətən öz vicdanlarının təmizliyilə qürrələnirlər, çünki yaddaşları zəifdir.

- Elə bir yaramaz yoxdur ki, axtarsa, hansısa baxımdan, özündən daha yaramazını tapmasın. Buna görə özlərindən razı olurlar.

- Şər içimizdədir, yəni çıxarılması mümkün olan yerdə.

- İnsan həmişə xoşbəxt olmalıdır, xoşbəxtlik yoxdursa, harada səhv etdiyini yoxla.

- Hamı plan qurur, sabaha çıxıb-çıxmayacağını bimədən.

- Elə şərait yoxdur ki, insan alışa bilməsin, bütün ətrafdakıların o şəraitdə yaşadığını bilən adam üçünsə alışmaq daha asandır.

- Ən heyrətamiz yanılmalardan biri budur: insan xoşbəxtliyinin heç nə etmədən oturmaq olduğunu düşünürlər.

- Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir.

XS
SM
MD
LG