Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Azad Qaradərəlinin "Kuma Manıç çökəkliyi" romanı çıxıb


Kitabın üz qapağı
Kitabın üz qapağı

-

Yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı “XAN” nəşriyyatında çapdan çıxıb. Bu, müəllifin kitab halında nəşr olunan üçüncü romanıdır.

Bundan əvvəl işıq üzü görən “Günəş tutulan yerdə” və “Şəhərcik” romanları ilə yeni roman arasında müəyyən məzmun və süjet “qohumluğu” olsa da, nəşriyyatdan verilən məlumatda deyilir ki, bu yeni əsər hadisələrə nüfuz etmək, klassik romançılıqla modern romanın sintezini verə bilmək baxımından daha maraqlıdır.

Nəşriyyatın məlumatında deyilir:

“İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da əslində bir çox yoxluqlardan bizi hali edir. Yox ola-ola hara getdiyimizi anlatmağa çalışır.

Ön sözün müəllifi Qismət, redaktoru Sevinc Elsevər, rəssamı Sürəyya Muğanlıdır.

XS
SM
MD
LG