-
Fevralın 17-də polis maşınını çəkiclə əzən şəxsin üzərindən heroin tapıldığı bildirilir.
Daxili İşlər Nazirliyinin olayla bağlı yaydığı məlumatda belə deyilir.
DİN-in məlumatına görə, polis maşınını əzən Şahin Bəylərov əvvəllər məhkum olub. O, Nərimanov rayonu ərazisində xidmət aparan BMW markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı polis maşınına xeyli ziyan vurub. Avtomobilin ön şüşəsi, yan güzgüləri, faraları, mayak, yük və dam hissələri çəkiclə sındırıb.
Məlumatda qeyd edilir ki, Ş.Bəylərovu Nərimanov rayonu 18-ci Polis Bölməsinin əməkdaşları saxlayıblar. Onun sərxoş olduğu müəyyən edilib.
DİN deyir ki, ondan 302.477 qram heroin götürülüb. Polis faktın araşdırmalarını davam etdirir.
Ş.Bəylərovun yaxınları, vəkili olayla bağlı hər hansı açıqlama verməyiblər.