Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:25

Metropoliten zərərlə işləyir


Metro
Metro

-

«Bakı Metropoliteni» QSC ötən ili 28.305 mln. manat zərərlə başa vurub.

«Report»un xəbərinə görə, cəmiyyətin zərəri əvvəlki illə müqayisədə 2.7 faiz artıb. Gəlirləri 90.566 mln., xərcləri isə 118.871 mln. manat təşkil edib.
Sərnişindaşımadan gəlirlər 2014-cü illə müqayisədə 2.2 faiz artaraq 43.005 mln. manata yüksəlib. Həmçinin, büdcədən ayrılan subsidiyaların həcmi 5.47 faiz artıb. Subsidiyaların həcmi 37.998 mln. manata çatıb.

Metropolitendən verilən məlumatda həmçinin bildirilir ki, işçi heyəti üzrə xərclər 0.25 faiz azalıb, 42.779 mln. manata düşüb.

XS
SM
MD
LG