Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:12

Dövlət satınalmaları: köhnə qurum ləğv edilib...


Arxiv fotosu
Arxiv fotosu

-

Nəticədə 3 aydır ki, dövlət satınalmaları nəzarətsiz qalıb

Prezident İlham Əliyev bu il yanvarın 15-də Satınalmalar üzrə Dövlət Agentliyini (SDA) ləğv edərkən, tənzimləmə məsələlərinin həlli üçün hökumətə 1 ay vaxt vermişdi. Fərmandan 3 aydan çox vaxt keçsə də, hökumətdən nə xəbər var, nə ətər.

Nazirlər Kabinetinə tapşırılmışdı ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamənin yeni layihəsini fevralın 15-dək prezidentə təqdim etsin. Dövlət satınalmalarına nəzarət üçün həmin qurumun strukturunu yeniləşdirmək zərurəti doğmuşdu.

Müqavilə siyahısı ötən ilin oktyabrından bəri yenilənmir SDA-nin idarə etdiyi www.tender.gov.az məlumat bazasında başa çatmış tender prosedurları üzrə bağlanmış müqavilələrin siyahısı 2015-ci ilin oktyabrından bəri yenilənmir. Başqa sözlə, dövlət təşkilatlarının satın aldığı mal, iş və xidmətlərə dair hansı şirkətlərlə müqavilə bağlandığı gizli qalır. Bu, «Dövlət satınalmaları haqqında» qanunun pozuntusu sayılır.

Məsələ ilə bağlı AzadlıqRadiosu İqtisadiyyat Nazirliyinə müraciət edib. Sorğuya nazirliyin aparat rəhbəri Samir Vəliyevin verdiyi cavabdan belə aydın olur ki, burada da «yuxarıdan» hərəkət gözləyirlər.

«Dövlət satınalmaları haqqında» qanun 2002-ci ildən qüvvədədir və o zamandan bəri elə bir ciddi dəyişikliyə məruz qalmayıb. Bu, bağlanmış müqavilələr haqqında məlumatın tərkibinə də aiddir.

Cəmi 3 məlumat açıqlanır

Əksər ölkələrdə, o cümlədən postsovet məkanında yaranan dövlətlərdə «Korrupsiyaya qarşı mübarizə haqqında» 2003-cü ildə qəbul edilən BMT Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, dövlət satınalmalarının şəffaflığı tam təmin olunur. Azərbaycanda isə başqa məsələlər bir yana, heç dövlət satınalmalarının nəticələri də doğru-düzgün açıqlanmır. Mütəxəssislərin fikrincə, dövlət satınalmaları haqqında vahid informasiya bazasına daxil edilən məlumatların təfərrüatları (hər bir satınalma üzrə müqavilənin mətni, iddiaçıların təklifləri və s.) beynəlxalq təcrübəyə uyğunlaşdırılmayıb. Hazırda yalnız üç əsas məlumat açıqlanır - alıcı, malgöndərən və müqavilə qiyməti. Tender prosedurunu yan ötərək bağlanan birbaşa müqavilələr haqqında isə, ümumiyyətlə, məlumat verilmir. Hesablama Palatasının apardığı təhlillərə görə, belə müqavilələr yetərincədir.

Sual cavabsız qalıb

İqtisadiyyat Nazirliyində «Dövlət satınalmaları haqqında» qanunun və müvafiq qanunaltı normativ aktların müasir tələblərə uyğunlaşdırılması sahəsində hansı işlərin görülməsi barədə sualı cavabsız qoyublar. Belə anlaşılır ki, indiki durum tezliklə dəyişməyəcək.

XS
SM
MD
LG