Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:47

Özbəkistanlı elit uşaqların Latviya macəraları


Gulnara Karimova, Akbar Abdullayev və Lola Karimova (kombo rəsm)
Gulnara Karimova, Akbar Abdullayev və Lola Karimova (kombo rəsm)

Özbəkistan elitasının uşaqları Latviyada əmlak alırlar, burda uşaqlarını dünyaya gətirir, milyonlarla dolları idarə etmək üçün bu ölkənin banklardan istifadə edirlər.

1500-dən çox özbək Latviyanın mübahisəli «qızıl viza»sı alıb

Özbəkistan xarici ticarət nazirinin oğlu Azim Ganiev öz Facebook səhifəsində yazır ki, o, vətəni üçün bəzən darıxsa da, Riqadakı tələbə həyatından zövq alır.

O, dostları ilə nahar edərkən, Avropanı gəzərkən çəkdirdiyi şəkilləri hesabında paylaşıb.

Ganiev Latviyanın biznes məktəblərinin biri olan Turiba Univeristitetində beynəlxalq turizm oxuyur. Hərçənd, universitet rəsmiləri «Re: Baltica» araşdırma jurnalistikası təşkilatına bildiriblər ki, o, 2014-cü ildə universitetdən qovulub.

Ganiev Facebook hesabına göndərilən sualları cavablandırmayıb ki, o, niyə Riqanı seçmişdi və indi oranı tərk edib. Onun son statusu Daşkənddən yenilənib.

Azim Ganiyev, Facebook səhifəsindəki fotosu
Azim Ganiyev, Facebook səhifəsindəki fotosu

Qardaşı Aziz Ganiev hələ də Riqada oxuyur və Baltik Beynəlxalq Akademiyasından dərəcə ala biləcəyinə inanır.

Latviyada təhsil alan xaricilər arasında özbəklər ikinci yerdə gəlir, xarici tələbələrin 13,5 faizi Özbəkistan vətəndaşlarıdır. Birinci yerdə almanlardır. Bunu Latviya Təhsil Nazirliyi açıqlayıb.

«Qızıl viza»

Ganiyev qardaşları Latviyanı seçən yeganə özbək elitasının övladları deyil. 1990-cı illərdən Latviya Özbəkistanla diplomatik əlaqələrini inkişaf etdirdi. Diplomatik pasportu olanlar bu ölkəyə vizasız gələ bilirlər. 2004-cü ildən Özbəkistan aviasiyası Daşkənddən Nyu-Yorka Riqa vasitəsilə uçur. Latviya Özbəkistan aviasiyanı yalnız transatlantik xidmətlə təchiz edir.

Latviyanın 5 prezidentindən 3-ü Latviyaya səfər edib. Özbəkistan prezidenti Islam Karimov isə Latviyada 3 dəfə rəsmi səfərdə olub.

2010-cu ildən Latviya ölkədə 5 il yaşayan və əmlak sahibi, ya banka müəyyən miqdarda vəsait qoyan şəxslərə «qızıl viza» rejimi tətbiq etməyə başlayıb. Belə bir vizanı Ukrayna və Rusiya istisna olmaqla, keçmiş sovet respublikalarının vətəndaşları alıb. Özbəkistanın 1525 vətəndaşına «qızıl viza» verilib.

2008-ci ildə qlobal iqtisadi böhran zamanı Özbəkistan prezidentinin qızı Gülnara Karimova Latviyaya gəlib ki, milyonlarla avro əmanətini xilas etsin.

İslam Kərimovun böyük qızı Gülnara Kərimova 2014-cü ildən ev dustağıdır. Ona qarşı Qərbdə və ölkəsində iqtisadi cinayətkarlıqla bağlı ittihamlar səslənib.

ABŞ Ədliyyə Departamenti Karimovanın Latviyadakı iki bankda olan 446 milyon dollarının rüşvət olduğu ilə bağlı şübhələrini açıqlayıb.

Lola Karimova-Tillyaeva oğlunu Latviyada doğub

İslam Kərimovun digər qızı, 37 yaşlı Lola Karimova-Tillyaeva ikinci övladını Riqada doğdu. Lola Karimova-Tillyaeva hamiləliyinin son aylarını Baktik dənizinin sahilində, kurort şəhəri Jurmalada keçirib.

2006-cı ilin payızında Lola Karimova-Tillyaeva və ailəsi Latviyani tərk edib. Onun hüquqşünası deyib ki, Karimovanın Latviyada biznes maraqları yoxdur. Biznes Qeydiyyatının məlumatına görə, Karimovanın əri «Euro West Invest» adlı kompaniya təsis etsə də, şirkətin aktiv fəaliyyəti olmayıb.

Akbar Abdullayevin Jurmala-dakı evi, Latvia
Akbar Abdullayevin Jurmala-dakı evi, Latvia

İndi evini alaq basıb

Gulnara və Lolanın yaxın qohumu Akbar Abdullaev Karimova-Tillyaeva ilə eyni vaxtda Latviyaya gəlib və onların qonşuluğundakı, böyük bağı olan evdə yerləşib. Həmin vaxt 23 yaşı olan Abdullayev hovuzu və qonaq evi olan mülk üçün 1,4 milyon avro ödəyib.

Hətta bir aralar Kərimovun potensial varisi hesab olunan Abdullaev Latviyada 200 min avroya Bentley alıb. Bir il sonra o, Riqanın prestijli rayonunda mülk yiyəsi olub.

Abdullaev bu binanı 2000-ci illərin ortalarında əfqan biznesmen Gulami ailəsi ilə birdə 18 milyon avropa aldığı iki otel üçün ofis edib. Sonradan bunlar tamamilə Gulami ailəsinin əlinə keçib.

Bu gün Abdullaev-in Jurmaladakı evinin bağını alaq basıb. Abdullaev özü isə Özbəkistanda cinayət qrupun təşkili ittihamı ilə 10 illik həbsə məhkum olunub.

Keçmiş baş prokurorun kürəkəninin Riqa macərası

Latviyanı özünə ikinci vətən seçmiş digər özbək məmur qohumu Timur Kerimovdur. O, Özbəkistanın keçmiş baş prokuroru Rashid Qodirovun kürəkənidir.

Tumir Kerimov 2010-cu ildə Riqanın mərkəzində mülk alıb, burda iki şirkət qeydiyytadan keçirib, ancaq heç birinin fəaliyyəti yoxdur.

Timir Kerimov bir neçə il Özbəkistan aviasiyasının Riqadakı regional ofisinə rəhbərlik edib.

XS
SM
MD
LG