Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:44

Əgər səni heyvan dişlədisə, hansı həkimə müraciət etməlisən


İllüstrasiya
İllüstrasiya

►Taun Əleyhinə Stansiyanın şöbə müdiri deyir ki, adamlar öz-özlərini müalicə etməkdən çəkinməlidirlər

Bir müddət öncə Zaqatalada əlli yaşlarında bir qadın quduzluq xəstəliyindən vəfat etdi.

Bu xəstəlikdən ölüm halı statistikaya çevrilməsə də, müasir dövrdə belə quduzluğa yoluxmanın özü kifayət qədər diqqət çəkir.

Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova bu xəstəliyin qarşısının alınması və profilaktikası ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır:

– Rita xanım, Azərbaycanda quduzluq xəstəliyinə yoluxma ilə bağlı vəziyyət necədir?

Keçən il 17 min dişləmə halı qeydə alınıb - Rita İsmayılova
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid

– Keçən il təxminən 17 minə yaxın dişləmə hadisəsi qeydə alınıb. Bunun 90 faizi itlər, 2-3 faizi pişiklər, yerdə qalanı digər heyvanlar tərəfindən törədilib. Dişləyən itlər, əsasən, sahibsiz olurlar. Bu zaman əhali bilməlidir ki, heyvan dişləməsi zamanı mütləq həkimə müraciət etmək lazımdır. Əgər müraciət etmirlərsə, ya müraciətdə gecikərlərsə, xəstəlik ölümlə nəticələnir. Yəni bu halda 100 faiz ölümdü. Ancaq tək hallarda ölüm baş verir, çünki heyvan dişləyənlərin əksəriyyəti həkimə müraciət edib profilaktik müalicəyə başlayır. Bu il indiyə kimi yalnız bir ölüm halı baş verib. Zaqatala sakini, 1959-cu il təvəllüdlü bir qadını it dişləmişdi, o da həkimə vaxtında müraciət etməmişdi. Bu hal ölümlə nəticələnmişdi.

– Sahibi olan heyvan da, məsələn, it dişləyərsə, mütləq həkimə müraciət etmək lazımdırmı?

– Bəli, əgər hər hansı heyvan dişləməsi varsa, həkimə getmək lazımdır. Bu zaman yara təmizlənməli, antirabik müalicə alınmalıdır. Əgər adam məlum heyvan tərəfindən dişlənibsə, bu vaxt o, 3 iynə alacaq. Sıfırıncı, yəni heyvan dişləyən gün, 3-cü və 7-ci günlər iynə vurulur. Bu müddət ərzində baytarlar tərəfindən nəzarət aparılır, 10 gün ərzində heyvan sağ qalarsa, onda profilaktik müalicə dayandırılır, yox əgər ölürsə, ya da heyvan bəlli deyilsə, naməlumdursa, bu zaman müəyyən sxemə uyğun iynələr vurulur.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

– Quduz heyvan dişlədiyi təqdirdə bu profilaktik müalicənin təsiri 100 faiz effekt verirmi?

– Bəli, deyim ki, il ərzində bizə respublika üzrə 15-16 min adam müraciət edir. Profilaktik müalicə alanlarda bu xəstəlik inkişaf etmir. O şəxslər quduzluq xəstəliyinə tutulur ki, onlar ya müraciət etmir, ya da çox gec həkimə üz tuturlar. Quduzluq təhlükəli xəstəlikdir, buna yaxalanmaq ölüm deməkdir.

– Xəstəlik özünü nə zaman büruzə verir?

– Xəstəliyin gizli dövrü var, 12 gündən 1 ilə qədərdir. Bu da dişləmə yerindən asılıdır. Əgər heyvan adamı əlindən, başından, üzündən dişləyirsə, bu, təhlükəli zona sayılır. Əgər aşağı ətraflarda dişləmə varsa və antirabik müalicə almayıbsa, xəstəlik bir il uzana bilər.

– Quduzluğa tutulmuş insan ətrafı üçün təhlükəlidirmi?

– Xeyr, bu xəstəlik insandan insana keçmir.

– Xəstəliyin əlamətləri nədir?

– Yüksək hərarət, yara yerlərinin ağrısı, sudan, işıqdan qorxma kimi hallar müşahidə olunur.

– Heyvan dişləməsi əsasən, harda daha çox baş verir?

– Əsasən, kənd yerləridir.

– Bəs dərmanla təchizat necədir? Xüsusilə, kənd yerlərində?

Quduzluğa qarşı profilaktik tədbirlər pulsuzdur - Rita İsmayılova
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00
Direct-ə keçid

– Səhiyyə Nazirliyi bütün rayonlarda mərkəzi xəstəxanalarda, kəndlərdəki poliklinikalarda antirabik kabinetlər yaradılıb və burda quduzluq xəstəliyinin profilaktik müalicəsi aparılır. Tamamilə pulsuzdur və bütün müalicə və iynələr pulsuzdur. Mən əlavə eləmək istəyirəm ki, heyvan dişləyəndə, hətta sıyıranda, cızıbsa, dəxli yoxdur, yüngül zədə olsa belə, mütləq adamlar həkimə müraciət edib iynəni vurdursunlar. Özləri-özlərini müalicə etməsinlər.

XS
SM
MD
LG