Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:32

Mindən çox adam qəsdən zəhərlənib


Foto illüstrasiya
Foto illüstrasiya

-
Ötən il Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 xəstə qəbul olunub.

APA-nın xəbərinə görə, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, 2014-cü illə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çoxalıb.

O deyib ki, 1432 nəfər məişət zəhərlənməsi ilə üzləşib. 1030 nəfərdə isə sui-qəsd xarakterli zəhərlənmə baş verib: «Daxil olan xəstələrin əsas qrupuna «dərman zəhərlənməsi» diaqnozu qoyulub. Onların sayı 823 nəfər olub. 502 nəfər isə dəm qazı və digər toksiki qazlardan zəhərlənib. «Yandırıcı məhlullardan zəhərlənmə» diaqnozu isə 350 nəfərə qoyulub. Xəstəxanaya qəbul edilmiş 419 nəfər 15 yaşa kimi uşaqlar olub».

A.Maqsudov qeyd edib ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsi Səhiyyə Nazirliyinin əmrinə əsasən, 1982-ci ildən fəaliyyət göstərir. Onun deməsinə görə, şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş xəstələrin müalicə və reabilitasiyasıdır.

XS
SM
MD
LG