Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 07:11

Depressiyaya düşənlər ikiqat çoxalıb


Depressiya
Depressiya

-

Bu il Azərbaycanda Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı artıb.

APA bu xəbəri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılova istinadən yayıb.

Fuad İsmayılov deyib ki, ötən il həftədə 50 nəfər mərkəzə müraciət edirdisə, indi bu rəqəm 100-dən çoxdur. Onun bildirməsinə görə, müraciətlərdə depressiya halları üstünlük təşkil edir: «Bütün dünyada olduğu kimi, Azərbaycanda da depressiya halları kişilərə nisbətən qadınlar arasında üstünlük təşkil edir və iki dəfə çoxdur. Bunun da səbəbləri qadınların daha emosional, həssas olması, daha çox zorakılıq və digər hallarla qarşılaşmalarıdır».

F.İsmayılov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 5 intihar düşür. Mərkəz rəhbəri uşaqlar arasında intihar hallarının baş verməməsindən ötrü valideynlərə müraciət edib: «Uşaqlarda hansısa emosionallıq, davranış dəyişikliyi hiss olunduqda, mütəxəssislərə, psixoloqlara müraciət etmək lazımdır. Onların adının qeydə alınmasında, ətrafdakı insanların onların problemlərini bilməsindən narahat olmasınlar. İnsanlar mərkəzə müraciət etdikdə, onların siyahısı qeydə alınmır, adları anonim şəkildə də qala bilər».

XS
SM
MD
LG