Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27

"Bazarda saxta mal çoxdur"


Bakı, supermarket
Bakı, supermarket

Rusiyada hökumətin 5 aylıq araşdırmasının nəticəsində məlum oldu ki, satışdakı araqların üçdə biri 5 faizi qeyri-qanuni istehsal olunub.

Bəs Azərbaycanın istehlak bazarında saxta mal problemi nə qədər aktualdır?

İqtisadşı ekspert Vüqar Bayramov bildirir ki, saxta malların aradan qaldırılmasına nail olmaq üçün qanunvericilkdə dəyişikliklərə ehtiyac var:

Vügar Bayramov
Vügar Bayramov

“Aparılan monitorinqlər göstərir ki, çox təəssüf ki, bazarda saxta malların sayı çoxdur. Bu özünü hansı formada göstərir? Əvvəla bəzi mallar xarici mal kimi təqdim olunsa da, satılsa da bunlar orijinal mal deyil. Hətta bəzi firma malları var ki, onlar orijinal mal kimi təqdim olunur, amma onların bəziləri ölkə daxilində istehsal olunur, bəziləri isə inkişaf etməkdə olan ölkələrdə. Məsələn Çində istahsal olunaraq ölkəyə gətirilir və orijinal mal kimi satılır. Bu daha çox qeyri-ərzaq məhsullarına aiddir.

Geyim məhsulları, texnologiya məhsullarında saxta mallara rast gəlinir. Ərzaq məhsullarında da çox təəssüf ki, saxta mal az deyil. Xüsusən də son dövrlər kifayət qədər diqqəti çəkən acınacaqlı faktlardan biri ondan ibarətdir ki, bəzi mağazalar və şirkətlər ərzaq məhsullarının üzərindəki saxlama müddəti ilə bağlı zamanı dəyişirlər. Saxlama müddəti başa çatır, həmin müddəti dəyişib, uzadırlar. Bu da təbii ki, insan sağlamlığı üçün kifayət qədər risklidir. Bu həmin məhsulun saxta mala çevrilməsi deməkdir. Çünki onun üzərindəki saxlama müddəti saxtalaşdırılıb.

Vüqar Bayramov: "Monitorinqlər göstərir ki, ..."
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid

Saxta malların aradan qaldırılmasına nail olmaq üçün əvvəla standartların tətbiq edilməsinə ehtiyac var. İstər ölkəyə idxal zamanı, istər bazara çıxışda malların keyfiyyəti ilə bağlı standartların təkmilləşməsinə, həmin standartların tətbiq edilməsinə nəzarəti gücləndirmək olduqca vacibdir. İkincisi, saxta malların satışı ilə məşğul olanlar üçün qanunvericilikdə nəzərdə tutulan cərimələrin artırılmasına ehtiyac var. Məsələn inkişaf etmiş ölkələrin bir çoxunda hətta həbs belə nəzərdə tutulub. Xüsusilə saxta ərzaq məhsulları satılırsa, o zaman yalnız cərimələr deyil, şirkətin bağlanması, rəhbərliyinin həbsi belə nəzərdə tutulub”.

RƏQABƏT MÜHİTİ YOXDUR

İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, Azərbaycan bazarında saxta malların olmasının əsas səbəbi rəqabət mühitinin olmamasıdır:

Qadir Ibrahimli
Qadir Ibrahimli

“ Azərbaycan bazarında saxta mallar təbii ki, var. Saxta malların ortaya çıxması ölkənin istehlak bazarında, ümumiyyətlə iqtisadiyyatda rəqabət mühitinin olmamasının təzahürüdür. Rəqabət mühiti olmayanda bazara arxa qapıdan müəyyən məhsullar daxil olur. Bunlar da əsasən saxta məhsullar olur.”

HÜQUQLARINI BİLMİRLƏR

İqtisadçı ekspert Ruslan Atakişiyev bildirir ki, istehlakçılarının öz hüquqların bilməməsi və həmin məhsulların istehsalına və satışına nəzarətin qənaətbəxş olmaması həmin məhsulların bazarda çıxmasına şərait yaradır:

“Bu gün Azərbaycan bazarında nəzarətin olmasına baxmayaraq hələ də saxta mallar bazarlara yol tapa bilirlər. Bunların bəziləri evlərdə, saxta sexlərdə, zirzəmilərdə istehsal olunan məhsullardır. Xüsusən də paytaxt ətrafı bölgələrdə, regionlarda buna daha çox rast gəlmək olar. Misal üçün su şirələri, kompotlar. Müxtəlif firmaların, brend firmaların butulkalarından istifadə etməklə saxta yolla istehsalına rast gəlmək olar.

Yağlara saxta məhsulların içərisində rast gəlmək olar. Müxtəlif parfümeriya məhsullarının satışında bunlara rast gəlmək olar. Bəzi məhsullar xalqın mətbəxində olmayan, qida rasionunda olmayan məhsulların başqa adlarla bazara çıxmasıdır. Bu kimi şeylər bir sıra səbəblərdən baş verir.

Həmin saxta məhsulların aşkarlanmasında olan problemlər, istehlakçının öz hüquqlarını bilməməsindən, istehlakçının məhsulun üzərində yazılan yazılarla maraqlanmaması, nəzarətin olmasında olan çətinliklər bu və ya digər şəkildə həmin o məhsulların bazarda özünə yer tapmasına gətirib çıxarır. Bunun nəticəsində həmin məhsulları istifadə edənlərin, istehlakçıların hüquqları pozulur, insanlar keyfiyyətsiz məhsullarla qidalanmalı olurlar”.

XS
SM
MD
LG