Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Britaniyanın ardınca Zeman da referendum istəyir


Milos Zeman
Milos Zeman

Çexiya prezidenti Milos Zeman ölkənin Avropa Birliyi və NATO-ya üzvlüyü ilə bağlı Britaniyadakı kimi referendum keçirməyə çağırıb.

Amma Zemanın referendum təyin etmək səlahiyyəti yoxdur.

Amma Çüxiyada bir çox seçici Avropa Birliyinə bədbin yanaşdığından o nüfuzlu liderdir.

Çexiya Avropa Birliyinə 2004-cü ildə qoşulub.

Amma Zeman qeyd edib ki, ölkəsinin NATO və ya Avropa Birliyindən çıxmasını istəmir, buna qarşıdır.

Çexiya radiosunun məlumatına görə, o bunu iyunun 30-da Velke Mezirici şəhərində deyib.

Amma Zeman qeyd edib ki, insanların öz fikirlərini ifadə edə bilməsi üçün belə bir refertendum keçirilməsinə çalışacaq.

XS
SM
MD
LG