-
Azərbaycan Mərkəzi Bankı manatın iyulun 8-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Həmin məzənnəyə görə, bir dollar iyulun 8-də 1,5456 manata bərabər olacaq. Bu gün bir dollar 1,5425 manata olmuşdu.
Son aylar manat dollar qarşısında tədricən dəyər itirir. Halbuki, ondan əvvəl bir müddət əks proses getmişdi.
Azərbaycanda ötən il dekabrın 21-də baş verən son devalvasiyada bir dollar 1 manat 55 qəpik olmuşdu.