Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Beynəlxalq Bankda yeni təyinat


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində dəyişiklik olub.

Elmir Həbibullayev Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müavini təyin olunub.

Xəbəri APA yayıb.

Bu təyinata qədər E.Həbibullayev uzun müddət bankın baş direktoru kimi çalışıb.

Bununla da bankın İdarə Heyəti sədrinin müavinlərinin sayı üçə çatıb.

2015-ci ilin sonlarınadək Beynəlxalq Banka Cahangir Hacıyev rəhbərlik edib.

2015-ci ilin mayından bankda aşkarlanan kredit mənimsəmələriylə bağlı C.Hacıyev və bir çox işadamı həbs olunub. Bu ilin mayında tutulanların çoxu azad olunub. C.Hacıyev və daha bir neçə nəfər hələ həbsdədir.

C.Hacıyev kütləvi mənimsəmədə, səlahiyyətindən sui-istifadədə, səlahiyyət həddini aşmada ittiham olunur.

Beynəlxalq Bankın səhmlərinin 51%-i Azərbaycan dövlətinə aiddir.

XS
SM
MD
LG