Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:54

Beynəlxalq Bank ipoteka kreditlərini bahalaşdırıb


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 2% artırıb.

Xəbəri «Report» yayıb.

Bank öz vəsaiti hesabına ipoteka kreditlərini əvvəlki kimi illik 8%-lə deyil, 10%-lə ayırır.

Amma kreditlər üzrə ilkin ödəniş və müddətdə dəyişiklik edilməyib. Əvvəlki qaydada 10% ilkin ödəniş verməklə, 20 illik müddətə ABB-dən ipoteka krediti götürmək mümkündür.

Beynəlxalq Bank «Kristal Abşeron», «Bakı Ağ Şəhər», «Renessanse Palace», «Yeni Həyat» və s. layihələrdəki mənzillərin kreditlə satışını maliyyələşdirir.

ABB ölkənin ən böyük bankıdır. Onun nizamnamə kapitalı 641 milyon 287 min 250 manat təşkil edir.

XS
SM
MD
LG