Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:22

Azərbaycan BMT ilə tərəfdaşlığı çərçivəyə saldı


BMT
BMT

İyulun 12-də Bakıda Azərbaycan-BMT Tərəfdaşlıq Çərçivə sənədi imzalanıb.

Məlumatı APA yayıb. Sənədi Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və BMT rezident əlaqələndiricisi Ghulam Isaczai imzalayıb.

Tərəfdaşlıq Çərçivə sənədi «Azərbaycan-2020: Gələcəyə baxış» konsepsiyası çərçivəsində nəzərdə tutulan milli məqsədlərə müvafiq 2016-2020-ci illəri əhatə edəcək.

Sənədin əsasını 2030-cu il üçün davamlı inkişaf gündəliyi təşkil edəcək.

Ş.Mustafayev deyib ki, sənəd hazırlanarkən milli və beynəlxalq tərəfdaşlar, elm və ictimaiyyət nümayəndələri ilə sıx əməkdaşlıq qurularaq, strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələr keçirilib.

«Çərçivə sənədi iqtisadiyyatın şaxələndirilməsi, layiqli əməyi özündə ehtiva edən dayanıqlı iqtisadi inkişafın təşviqi, institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər, ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması kimi strateji fəaliyyət sahələrini əhatə edir», - deyə Ş.Mustafayev bildirib.

G.Isaczai isə sənədi 2 il ərzində tərəflər arasında gedən sıx məsləhətləşmə və müzakirələrin nəticəsi adlandırıb: «Tərəfdaşlıq sənədinin əsas məqsədi milli inkişaf gündəliyinə dəstək verməkdən ibarətdir. Bu sənəd Azərbaycan üçün çox taleyüklü zamanda imzalanır. Çünki hal-hazırda Azərbaycan hökuməti iqtisadi islahatlar və şaxələndirmə üçün müvafiq yol xəritəsi hazırlayır».

XS
SM
MD
LG