Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:22

STP hökuməti məhdudiyyətlərə son qoymağa çağırır


Foto illüstrasiya
Foto illüstrasiya

«Sivil Toplum Platforması» (STP) Azərbaycanda Açıq Hökumət Təşəbbüslərinin (AHT) yayılmasının və vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsinin vacibliyi barədə mövqe sənədi yayıb.

AHT haqda sənədin ideyası 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında gündəmə gəlib. Hazırda adıçəkilən sənədi 70 ölkə imzalayıb.

Məqsəd bütün dünyada xalqların səlahiyyət verdiyi, korrupsiya ilə effektiv mübarizə aparan sistem qurmaqdır.

STP-nin yaydığı açıqlamada deyilir ki, Azərbaycan bu sənədə ilkin qoşulmaq istəyənlər sırasında olub. Hökumət 2012-ci ildə bu məqsədlə iki sənəd imzalayıb. Amma qeyd edilir ki, hökumət nəinki öhdəliklərini yerinə yetirməyib, əksinə, ictimai nəzarət funksiyasını yerinə yetirən vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırıb. 2014-cü ilin ikinci yarısından etibarən ölkədə müstəqil QHT-lərin fəaliyyəti faktiki mümkünsüz olub. Növbəti fəaliyyət planı 2015-ci ilin iyulunadək qəbul edilməli olduğu halda onun qəbulu ləngiyib.

Sənəddə deyilir ki, 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclasında Azərbaycanın bu qurumdakı üzvlük məsələsinə baxılıb. Onun statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Buna səbəbi kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.

STP Azərbaycanın AHT-yə üzv ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkə olmasına təəssüf edir, hökuməti qısa müddətdə öhdəliklərini yerinə yetirməyə çağırır.

XS
SM
MD
LG