Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:40

'Bu mənə 1994-cü ili xatırladır'


Deputat Sabir Hacıyev Türkiyədə dövlət çevrilişinə cəhdi ölkə daxilində yaşanan gərginliklə izah edib.

O, AzadlıqRadiosuna deyib: «Türkiyə cəmiyyəti daxilində müəyyən gərginlik yaşanırdı. Bunu görmək o qədər də çətin deyildi. Ordu generallarının və personalın həbsləri kimi hadisələr baş verirdi, odur ki, bunu həm də sistem daxilindəki problemin üzə çıxması da saymaq olar».

O bu qiyamın baş tutmamasını «Türkiyənin böyük şansı» adlandırıb: «Bir tərəfdən ölkə azı 30-40 il geri düşəcəkdi, digər tərəfdən imicinə zərbə vurulacaqdı. İstənilən halda, yenə son etibarilə hamı konstitusion davranış sisteminə qayıdacaqdı».

Sabir Hacıyev hesab edir ki, Türkiyə hakimiyyəti problemləri həll etməlidir. Onun fikrincə, indi qiyamla, silahla heç nəyi həll etmək mümkün deyil.

Deputat bir məqama da diqqət çəkir: «Bu da xalqın prezident Erdoğan-ın müraciətinə reaksiya verməsidir. Bax, bu məqam bu gecə Türkiyənin qiyamdan çıxış yolu oldu. Həm də bu mənim yadıma 1994-cü il müraciətini salır. O zaman da Azərbaycan dövləti ciddi çevrilişlə qarşı-qarşıya qalmışdı».

XS
SM
MD
LG