Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:53

Fransada təhlükəsizlik tədbirləri gücləndirilir


Fransada Nitsa şəhərində baş vermiş terror hadisəsində həlak olanların anılması, 15 iyul, 2016
Fransada Nitsa şəhərində baş vermiş terror hadisəsində həlak olanların anılması, 15 iyul, 2016

Fransanın Nitsa şəhərində 84 nəfərin ölümü ilə sona çatmış terrordan sonra ölkə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Fransanın xarici işlər naziri Bernard Cazeneuve deyib ki, terrorçu hansısa silahdan, ya da partlayıcı maddədən deyil, yeni bir üsuldan - ağır çəkili nəqliyyat vasitəsindən istifadə edib.

Buna da bax: Sələfilər kimdir və adamlar niyə onlara qoşulmaq istəyir?

İyulun 14-də Nitsa şəhərində Fransanın milli bayramı qeyd olunan vaxt terrorçu bayram atəşfəşanlığına baxan adamların üstünə yük maşınını sürmüşdü. Sonradan silahla adamlara atəş açmışdı. Terror nəticəsində 84 nəfər dinc sakin həyatını itirmişdi. Terrorçunu da polis hadisə yerində öldürmüşdü.

Bu terror hadisəsini «İslam Dövləti» qruplaşması (İŞİD) üstünə götürmüşdü.

XS
SM
MD
LG