Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:33

Neft, qaz hasilatı azalıb


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ilin birinci yarısında hasil etdiyi neftin və qazın həcmində xeyli azalma olduğu bildirilir.

NEFT HASİLATI 8 FAİZ...

«Report» xəbər verir ki, bu ilin yanvar-iyun aylarında SOCAR 3 milyon 781.7 min ton xam neft hasil edib.

Xam neftin hasilatının ötən ilin uyğun dövrünün göstəriciləri ilə müqayisədə 8.6 faiz azaldığı deyilir.

Azalma iyun ayının göstəricilərində də müşahidə olunub – 8.2 faiz.

QAZ HASİLATI DA 6 FAİZ AZALIB

Yanvar-iyun ayları ərzində SOCAR-ın cəmi 3 milyard 162.1 milyon kubmetr təbii qaz hasil etdiyi bildirilir. Xəbərdə qeyd edilir ki, ötən illə müqayisədə azalma 6.2 faiz olub.

İyun ayında müşahidə edilən azalma daha böyük olub - 10 faiz.

Müstəqil iqtisadçılar deyirlər ki, ölkə büdcəsi, hələ də, neftdən asılı vəziyyətdədir. Onların bildirməsinə görə, hazırda bu asılılıq təqribən 70 faizə yaxındır. Müstəqil iqtisadçıların fikrincə, həm neftin qiymətinin, həm də hasilatın aşağı düşməsi hazırda Azərbaycan hökumətini büdcəni doldurmaqla bağlı çətin sınaq qarşısında qoyub. İqtisadçılar son iki ayda bu il büdcəyə toplanan vəsaitin artıq yarıdan çoxunun xərcləndiyini bildirirlər.

Bu il dövlət büdcəsinin gəlirləri 16 milyard 800 milyon, xərcləri isə 18 milyard 500 milyon manat müəyyən edilib.

Əyalətdə yaşayanlar neft gəlirlərindən nə xeyir görür?

Əyalətdə yaşayanlar neft gəlirlərindən nə xeyir görür?
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

XS
SM
MD
LG