Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Cahangir Hacıyevin məhkəməsinin vaxtı açıqlandı


Cahangir Hacıyev
Cahangir Hacıyev

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha bir neçə şəxsin məhkəməsinin tarixi açıqlanıb.

«Report»un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesin hazırlıq iclası avqustun 15-nə təyin edilib. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacağı gözlənilir.

Cahangir Hacıyevdən başqa, Beynəlxalq Bankda müxtəlif vəzifələr tutmuş İlqar Abdullayev, Yusif Ələkbərov və bankın inzibati binalarının mühafizəsini həyata keçirən «Inter Security» MMC-nin baş direktoru İbrahim Hüseynovun də mühakimə olunacağı bildirilir.

Onlar Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və başqa ağır maddələri ilə ittiham edilirlər.

Onlar ötən il həbs ediliblər.

Vəkillərdən Əfqan Məmmədov bir müddət öncə C. Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitin əvəzində bankdakı 80 milyon manat məbləğində səhmlərindən imtina edib.

Üstəlik, C.Hacıyevin həyat yoldaşı haqqında da mənimsəmə iddiası ilə bağlı cinayət işi qaldırıldığı bildirilir. Ancaq Zamirə Hacıyevanın hazırda xaricdə olduğu deyilir.

Ekspert: Banklar problemləri vətəndaşların hesabına həll edir

Ekspert: Banklar problemləri vətəndaşların hesabına həll edir
Gözlə

No media source currently available

0:00 0:18:47 0:00

XS
SM
MD
LG