Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:53

'Qaçqınkom'da 'yeyinti' aşkarlandı


Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi

«Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə işıq nöqtələrinin sayı, müntəzəm süpürülən sahə, tullantıların daşınması üzrə marşrut, təmir olunacaq bina və mənzillərin qüsur aktları və titul siyahısı tərtib edilməyib. Nəticədə artıq ödənişə yol verilib».

Bu, Hesablama Palatasının son iki ilyarımda Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin xərclənməsi üzrə audit hesabatından götürülüb.

APA-nın xəbərinə görə, hesabatda qeyd edilir ki, yardımların qəbulu, yerlərə çatdırılması, yeni salınmış qəsəbələrə köçürülmə, içməli su tələbatın ödənilməsindən ötrü ayrılmış nəqliyyat haqları üzrə vəsaitin təyinatı dəyişdirilib. Səmərəsiz xərclərə yol verilib.

Hesablama Palatası «Meliorasiya və Su Təsərrüfatı» ASC və «Azərbaycan Hava Yolları» QSC-də (AZAL) də pozuntular aşkarlayıb.

XS
SM
MD
LG