Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:58

Problemli kreditlər: Dünya Bankı köməyə gəlir


 manat
manat

Dünya Bankı (DB) Azərbaycanın bank sektorunda problemli kreditlərin sayını azaltmaq üçün ölkə hökuməti ilə işləyir.

Bunu Trend-ə DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.

Onun sözlərinə görə, Hazırda DB maliyyə sektoruna texniki dəstək göstərir: "Bunun üçün bizim bank sektorunun inkişafı üzrə çalışan müvafiq komandamız var. Bildiyiniz kimi, hökumət manatın üzən məzənnə rejiminə keçib, həmçinin ölkədə devalvasiya (2015-cı ilin fevral və dekabr aylarında) baş verib və nəticədə səkkiz bank likvidlik problemləri üzündən bağlanıb”.

M.Tembon qeyd edib ki, buna görə də DB hökumətlə problemli kreditlərin həcmini azaltmağa kömək etmək üçün çalışır: "Bu öz növbəsində, likvidlik çatışmazlığı problemini azaltmağa imkan verəcək".

Qeyd edək ki, Dünya Bankı likvidlikdən danışırsa, bu o deməkdir ki, Azərbaycana maliyyə vəsaiti verəcək.

XS
SM
MD
LG