Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:52

Böhranda restoranların sayı necə artır?


arxiv fotosu
arxiv fotosu

"Azərbaycanda kafe və restoranların, dönərxanaların sayı durmadan artır. Təkcə ötən il 1771 yeni iaşə obyekti açılıb.Ötən il 800 yeni iaşə obyekti yaradılandan sonra Bakıdakı belə obyektlərin sayı 6 min 258-ə çatıb.

Dövlət Statistika Komitəsində (DSK-da) AzadlıqRadiosuna deyiblər ki, 2016-cı ilin əvvəlinə Azərbaycanda 15 min 645 iaşə obyekti vardı. 2010-cu ildən bu yana 6 min 948 şadlıq evi, restoran, kafe və dönərxana açılıb."

İlyarımdır ki, hamı böhrandan şikaytlənir, eyni vaxtda restoranların, kafelərin sayı durmadan artır. Böhran beləmi olur? İkincisi, Azərbaycanda restorandan, yeməkxanadan başqa pul qoymağa yer yoxdurmu?

TƏZADLI STATİSTİKA

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, ictimai iaşə obyektlərinin bu il üçün sayının artması ilə bağlı məlumat təzadlı ola bilər.

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

“Əvvəla qeyd edim ki, təzadlı statistikadır. Düzdür, mövsüm dövründə xüsusilə yay mövsümündə ictimai iaşə obyektlərinin sayı adətən çoxalır. Nəzərə alsaq ki, bu il əmək bazarında daha çox gərginlik müşahidə olunur, bu iş yerlərinin məhdudlaşdırılması, turizm baxımından aktiv regionlarda müşahidə olunan proseslər son nəticədə bu istiqamətdə müəyyən artım üçün əsaslar yarada bilər. Çünki vətəndaşlar özlərinə iş yeri tapmayanda, kiçik sahibkarlıqla məşğul olurlar. Bu sahibkarlıq fəaliyyəti arasında xüsusən də mövsümi dövrlərdə ən asanı və ən rahatı ictimai iaşə obyektlərinin açılmasıdır. Bu baxımdan mümkündür ki, statistik göstəricilərə görə belə bir dəyişiklik müşahidə olunsun.

Qubad İbadoğlu: "Təzadlı məlumat ola bilər..."
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00
Direct-ə keçid

Amma mənim bildiyim qədər ictimai iaşə obyektlərinin dövriyyəsində əvvəlki illərlə müqayisədə geriləmələr var. Ola bilsin ki, əvvəlki illərdə onların dövriyyəsi daha çox qeyri-rəsmi dövriyyə idi. Bu il dövlət büdcəsində daxilolmalarla bağlı gərginlik yaranandan sonra bir çox xidmət müəssisələri, o cümlədən ictimai iaşə obyektlərində də dövriyyənin leqallaşması prosesi gedib.

Yəni bu leqal dövriyyəni ötən ilin leqal dövriyyəsi ilə müqayisə edəndə fərq yarana bilər. Amma bu o demək deyil ki, vətəndaşlar əvvəlkindən daha yaxşı yaşayırlar, onlar əvvəlkindən daha çox ictimai iaşə obyektlərinə müraciət edirlər, orada şam yeməyi, nahar yeməyi sifariş edirlər. Çünki mənim özümün tanıdığım, bildiyim bu növ fəaliyyətlə məşğul olan insanların böyük əksəriyyəti hazırki dövrdə alıcılıq qabiliyyətinin aşağı düşməsindən gileylənirlər.

Burda iki faktə nəzərə almaq olar. Birinci əmək bazarındakı gərginliyin mövcud şəraitində iş yerlərini itirənlərin bu sektora müraciət edib, ictimai iaşə müəssisələri yaratması. İkinci, ötən illə müqayisədə dövriyyənin leqallaşdırılması. Çünki bu vergidaxilolmaları baxımından daha əhəmiyyətlidir”.

HOLLAND XƏSTƏLİYİ

İqtisadçı ekspert Azər Mehtiyev isə bidlrir ki, bu tendensiya daha çox holland sindromunun təsirlərinin hələ də davam etdiyinin göstəricisi ola bilər:

Azər Mehtiyev
Azər Mehtiyev

“Uzun müddətdir ki, Azərbaycan iqtisadiyyatının əsas problemlərindən biri qeyri-istehsal sahələrinin daha gəlirli olması ilə bağlıdır. Bu da böyük neft gəlirlərinin təzahürlərindən biridir. Ona görə ki, böyük neft gəlirləri dövründə iqtisadiyyat holland sindromunun təsirlərinə məruz qalır.

Bu sindromun da əsas əlaməti odur ki, pul əsasən xidmət sektorlarına axır. Daha yüksək mənfəət əldə edən sahələrə axır. İstahsal sahələrindən isə qaçır. Azərbaycanda da uzun müddət bu neft pulları gələn dövrdə əsas tikinti sektorunda pul daha çox dövr edirdi. Bir də bu cür restoran, kafe və digər xidmət sektorlarında. Hələ ki Azərbaycan həmin təsirləri özündə əks etdirir. Ona görə ki, ölkədə istehsal sektorunun inkişafı üçün əlverişli mühit yoxdur. Çox baha başa gəlir, burda xərclər yüksəkdir. İnsanlar burdan gözlədikləri gəlir əldə edə bilmir. Ona görə də əsas diqqət restoran, kafe, şadlıq saraylarının açılmasına vəsaitləri yönəldir ki, bura qoyulan vəsaiti az bir müddətdə geri almaq və gəlirlə çıxmaq mümkündür.

Oktay Haqverdiyev
Oktay Haqverdiyev

Bu reallığı dəyişməyin yeganə yolu ondan ibarətdir ki, ölkə iqtisadiyyatında məhz istehsal və sənaye sahələrinin formalaşması üçün hökumət əlverişli şərtlər təmin etməlidir ki, burda gəlirlilik səviyyəsi yüksəlsin”.

Oqtay Haqverdiyev isə böhran dövründə iaşı obyektlərinin sayının artmadı ilə bağlı məlumatı məntiqsiz hesab edir:

“Ümumiyyətlə böhran vaxtı məntiqlə restoran, kafelər adətən azalır. Çoxları bağlanır. Əhalinin həyat səviyyəsinin aşağı olduğu halda necə ola bilər ki, restoranlar, kafelər artsın? Bu hətta məntiqlə də düz gəlmir. Ona görə də bu məlumata yenidən baxılmalıdır və ortalığa daha real rəqəmlər çıxmalıdır”.

XS
SM
MD
LG