Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:21

Palata: 'Mənzil Departamentində xərclər şişirdilib'


Bina
Bina

Hesablama Palatası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində auditin nəticələrini açıqlayıb.

«Report»un xəbərinə görə, audit müəyyən edib ki, bu təsərrüfatlarda təmir xərcləri artıq göstərilib.

Bundan başqa, departamentdən maliyyələşmə əvəzinə verilən mal-materialların dəyərinə tətbiq edilmiş Əlavə Dəyər Vergisinin də xərc kimi silindiyi qeyd olunur.

Hesabatda bildirilir ki, ev təsərrüfatının saxlanılması və cari təmir xərcləri düzgün hesablanılmayıb. Büdcəyə mənzil fonduna aid olmayan xərclər daxil edilib.

«Bəzən smeta sənədlərinə, qəbul aktlarına əsassız və eləcə də tikinti texnologiyasına görə yerinə yetirilməsi mümkün olmayan işlər daxil edilib. Layihələrin yerinə yetirilməsi zamanı vaxtın azlığı əsas götürülərək, işlər əsasən birbaşa müqavilələrin bağlanılması üçün icazə alınması ilə icra edilib», - hesabatda bildirilir.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Hesablama Palatası AZAL-da, «Su və Meliorasiya» ASC-də və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində də pozuntular aşkarladığını açıqlayıb.

XS
SM
MD
LG