Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

Vergiyığanların rəsmi gəlirində kəskin artım var


►Bəzi ekspertlər deyirlər ki, ayırmaların artımı vergi orqanı işçilərinin qeyri-rəsmi “əməkhaqqı”nın aradan qaldırılmasını hədəfləyir

İyunun 24-də prezident İlham Əliyev Hazirlər Kabinetinə vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılmasını və onun vəsaitlərindən istifadə qaydasını iki ay müddətində hazırlayıb təsdiqləməsini tapşırmışdı.

Qərar hələ qəbul olunmasa da...

...Vergiyığanların rəsmi gəlirləri önəmli dərəcədə artıb.

İlin 1-ci rübündə büdcədənkənar fonddan əməkhaqqına (DSMF-yə sosial sığorta ayırmaları daxil olmaqla) 5 milyon 65 min manat sərf olunmuşdusa, 2-ci rübdə bu vəsait 19 milyon 10 min manata yüksəlib. Altı ayda fondun xərcləmələrinin 93,6 faizi sırf bu məqsədə yönəldilib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 30 faizə çatmırdı. Ötən il pullar, əsasən, tikinti və təsərrüfat işlərinə xərclənirdi.

Maraqlıdır ki, Vergilər Nazirliyinin bu ilin ilk yarısında təkcə büdcədənkənar fondu hesabına əməkhaqqı xərci (24 milyon 75 min manat) bütün 2015-ci ilin (dövlət büdcəsindən ayırmalar da daxil olmaqla) əməkhaqqı fonduna (24 milyon 860 min manat) yaxındır.

Buna da bax: Bahalanmaların axırı hara gedir?

İctimaiyyətdən gizli məlumatlar

Nazirlik büdcədənkənar fonda yığılan vəsaitin məbləği və onun xərclənmə istiqaməti barədə hesabat açıqlayan 2 dövlət qurumundan biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, DİN-in Dövlət Yol Polisi İdarəsi belə məlumatları ictimaiyyətdən gizli saxlayır.

Vergilər Nazirliyi büdcədənkənar fondunun mənbəyi vergi orqanının sahibkarlara tətbiq etdiyi maliyyə sanksiyası məbləğinin yarısıdır. Bu ilin iyununadək fonda sanksiyanın 25 faizi yönəldilirdi. Bəzi ekspertlər deyirlər ki, ayırmaların artımı vergi orqanı işçilərinin qeyri-rəsmi “əməkhaqqı”nın aradan qaldırılması məqsədi daşıyır.

Toplam maliyyə sanksiyalarının məbləği...

Ötən ilin ilk yarısında nazirliyin büdcədənkənar fonduna 17,8 milyon, bu ilin eyni dövründə isə 29,5 milyon manat daxil olub.

Bu il vergidən yayınmaya görə toplam maliyyə sanksiyaları məbləğinin 180 milyon manat olacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG