Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:45

Standard & Poor’s-dan bədbin proqnozlar


-

Standard & Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutadakı uzunmüddətli kredit reytinqi ilə bağlı yeni proqnozunu açıqlayıb. Agentlik indiyədək “stabil” qiymətləndirilən proqnozu “neqativ”ə endirib.

Proqnozun aşağı salınması ölkə iqtisadiyyatının zəifləməkdə olması ilə izah edilib.

Bu haqda agentliyin press-relizində bildirilir

İqtisadiyyat azı 3,4 faiz kiçilib

Agentlik Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.

“2016-cı ilin 6 ayında Azərbaycan iqtisadiyyatının inkişaf tempi Standard & Poor’s -ün proqnozlaşdırdığından xeyli aşağı olub. Agenlik Azərbaycan iqtisadiyyatının 1 faiz azalacağını güman edirdi, ancaq faktik azalma 3,4 faiz təşkil edib. Standard & Poor’s 2016-cı ildə iqtisadiyyatın daha 3 faiz azalacağını, artımın isə 2017-ci ildə başlaya biləcəyini güman edir. Ancaq artım da böyük çətinliklərlə üzləşəcək”, deyə agentlik qeyd edir.

Buna da bax: Bahalanmaların axırı hara gedir?

Artıma nail olmalı, yoxsa...

Standard & Poor’s ehtimal edir ki, 2017-ci ilə proqnozlaşdırılan ortalama 3 faizlik iqtisadi artım əldə edilməzsə, bunun ciddi mənfi nəticələri olacaq. Bununla həyat standartları aşağı düşə bilər.

Standard & Poor’s-ün ehtimallarına görə, bu il Azərbaycanda ümumi daxili məhsulun ( ÜDM) həcmi 59 milyard manat təşkil edəcək. Qarşıdakı illərdə ÜDM-nin artacağı, 2019-cu ildə 77 milyarda çata biləcəyi güman edilir.

Ötən həftə digər nüfuzlu reytinq agentliyi Moody’s da Azərbaycanın reytinqini endirmişdi.

Moody`s” iyunda verdiyi proqnoza yenidən baxaraq, real ümumi daxili məhsulun artımını 1 faizdən 2017-ci il üçün 0 faizə qədər endirmışdı.

2016-cı ildə agentlik ÜDM-in 0,7 faizə qədər azalacağını proqnozlaşdırırdı.

XS
SM
MD
LG