Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

“Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”


@shutterstock
@shutterstock

►İkinci rübdə cəmi 8 bank hesabatını açıqlayıb

İkinci rübün bitməsindən bir ay ötür. Qanunvericiliyə görə, banklar öz saytlarında rübün maliyyə nəticələrini açıqlayan hesabatlarını dərc etməli idi. Amma bu dəfə dərcetməmə rekordu qazanılıb:

33 bankdan cəmi 8-i hesabatını açıqlayıb. Hesabatlarını daim gizlədən 4 bank ötən ay bağlanmasaydı, indi 37 bankdan söhbət gedəcəkdi.

“Hesabatı açıqlayan banka da etimad şərtidir”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, hesabatı gizlədən banka qətiyyən güvənmək və orada pul saxlamaq olmaz:

“Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) məlumatına görə, bəzi banklar hesabatları təhrif olunmuş şəkildə təqdim edir”.

Ekspert bankları hesabatlılıq səviyyəsinə görə 3 qrupa bölür: 1) Hesabatı aramsız gizlədənlər, 2) Hesabatı ilk dəfə açıqlamayanlar, 3) Hesabatı dərc edənlər.

Buna da bax: Vergiyığanların rəsmi gəlirində kəskin artım var

“Bunlar ən etibarsız banklardır”

Əkrəm Həsənov
Əkrəm Həsənov

I qrup – hesabatlarını aramsız gizlədən və bununla qanunvericiliyi kobud şəkildə pozan 17 bank: Bank VTB, Nikoyl Bank, Unibank, Bank Respublika, Accessbank, AGBank, Amrahbank, AtaBank, Bank Standard, Expressbank, Günaybank, XalqBank, NBC Bank, Naxçıvanbank, Bank of Baku, Dəmirbank və Bank BTB.

Ekspert sadalananları ən etibarsız banklardan sayır və fikrinə davam edir:

“Bu qrupa, əslində, Azərbaycan Beynəlxalq Bankı və AzərTürkbank da aid olmalı idi, çünki hesabatlarını dərc etmirlər. Ancaq bu iki bank dövlət bankı olduğundan və dövlət vətəndaşların oradakı vəsaitinə təminatçı sayıldığından, həmin bankları heç bir qrupa daxil etməmişəm. Buna görə də mövcud 33 bankın yalnız 31-i sözügedən bölgüyə daxildir”.

“Görəsən, bunlara nə olub?” II qrup – rüblük hesabatını ilk dəfə açıqlamayan 6 bank: PaşaBank, KapitalBank, Rabitəbank, Muğanbank, Bank Avrasiya və Pakistan Milli Bankının Bakı filialı.

Ə. Həsənov bunun səbəbini soruşaraq, bu sözləri dilə gətirir: “Görəsən, bunlara nə olub?” III qrup – hesabatlarını dərc edən 8 bank: 1.Azərbaycan Sənaye Bankı – 17 milyon manatdan çox xalis mənfəəti var (ötən rübdə 16 milyona yaxın idi). 2. Caspian Development Bank – 14 milyon manatdan çox xalis mənfəəti var (ötən rüb də belə idi). 3. YapiKrediBank – 13 milyon manatdan çox xalis mənfəəti var (ötən rüb 14 milyondan çox idi).

4. AFB Bank – 8 milyon manatdan çox xalis mənfəəti var (ötən rüb 7 milyondan çox idi). 5. Ziraat Bank – 7 milyon manata yaxın xalis mənfəəti var (ötən rüb 5 milyondan çox idi). 6. Bank Silk Way – 1 milyon manatdan çox xalis mənfəəti var (ötən rüb 7 milyondan çox idi). 7. Bank Melli İran-ın Bakı filialı – 0,5 milyon manata yaxın zərəri var (ötən rüb dərc etməmişdi), amma məcmu kapital tələbini pozmur. 8. Turanbank – 0,8 milyon manata yaxın zərəri var (ötən rüb 0,5 milyon mənfəəti vardı), amma məcmu kapital tələbini pozmur.

Buna da bax: Bahalanmaların axırı hara gedir?

“Pulunuzdan muğayat olun!”

Ekspert savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiyanı Azərbaycan bank sisteminin atributları (ayrılmaz özəlliyi) sayır: “Maliyyə göstəricilərinə də arxayın olmayın, özünüzdən və pulunuzdan muğayat olun!”

Buna da bax: Kreditini ödəyə bilməyənlərə ekspert məsləhəti

Kreditini ödəyə bilməyənlərə ekspert məsləhəti
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

XS
SM
MD
LG