Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:21

SOCAR-la bağlı türk şirkətinin 16 işçisi həbs olunub


Petkim nəzdində Star neft emalı zavodu müqaviləsini Türkiyə və Azərbaycan prezidentləri imzalayır, 2011-ci il, İzmir
Petkim nəzdində Star neft emalı zavodu müqaviləsini Türkiyə və Azərbaycan prezidentləri imzalayır, 2011-ci il, İzmir

-

Türkiyədə SOCAR-ın 51 faiz paya sahib olduğu neft-kimya kompleksi Petkimdə 16 nəfər həbs olunub, göz altına alınanların sayı isə 31-dir.

Bunu Hürriyet qəzeti yazır.

Anadolu xəbər agentlyinin yaydığı məlumata görə isə, şirkətin keçmiş rəhbəri Sadəddin Qorqud həbs olunanlar arasındadır, ondan əlavə şirkətin daha 200 işçisi polis nəzarəti altındadır.

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR az öncə öz saytında yazırdı ki, “Petkim Petrokimya Holding”-in baş direktoru Sadəddin Qorqud iyulun 27-də tutduğu vəzifədən azad olunub. Bir gün sonra, yəni 28 iyulda isə onun yerinə SOCAR-ın Yunanıstandakı törəmə şirkəti olan “SOCAR Energy Greece” şirkətinin baş direktoru Anar Məmmədov təyin edilib.

28 iyul tarixində APA-nın yaydığı məlumatda SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev məsələ ilə bağlı açıqlama verib:

“Aprel ayından etibarən aparılan islahatların bir hissəsi olaraq, şirkətin digər səlahiyyətli şəxsləri də tutduğu vəzifələrdən azad ediləcəklər”.

Qorqudun həbsi 15 iyul, 2016-cı il tarixində Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkədə davamlı şəkildə aparılan istintaqlar, araşdırmalar zamanı Petkim-in sabiq baş direktorunun adı çevirilş əməliyyatında hallandıqdan sonra baş verib.

Buna da bax: Çevriliş cəhdinin azərbaycanlı işadamlarına təsiri

Rəsmi Ankaranın iddiasına görə, 15 iyul hərbi çevrilişin arxasında Fətullah Gülən və onun tərəfdarları dayanır.

Anadolu xəbər agentliyi qeyd edir ki, vəzifəsindən istefa verənlərin arasında SOCAR Türkiyə-nin İctimaiyyətlərlə Əlaqə departamentinin müdiri Ömər Adsız, İnsan Qaynaqları şöbəsinin müdirir İlqar Mehmetoğlu, İnformasiya Texnologiyaları şöbəsinin müdiri Çetin Korkut və Star neft emalı zavodunun İnsan Qaynaqları şöbəsinin müdiri Fuad Ulaqay da vardır.

Hürriyet qəzetinin verdiyi məlumata əsasən, İzmir Polis İdarəsi Anti-Terror əməliyyatı çərçivəsində avqustun 2-də səhər saat 06.00 radələrində İzmir şəhərinin Aliağ dairəsində Petkim-in 16 əməkdaşını həbs edilib.

Həbslərə baxmayaraq SOCAR Türkiyə mediasında yayımlanan elanında investisiyalarını Türkiyəyə yatırmaqda davam edəcəyini bildirib: “Biz bir millət, iki dövlətik” deyə elanda bildirilir. Sözügedən elanda həmçinin, 2008-ci ildən etibarən Türkiyəyə yatırılan sərmayənin məbləği 18 milliard ABŞ dolları olduğu da qeyd edilir.

Son hadisələrdən sonra şöbə müdiri istefa verən Star Neft emalı zavodu1975-ci ildən fəaliyyətə başlayıb, hazırda o da layihə olaraq SOCAR Türkiyə tərəfindən həyata keçirilir.

Petkim Türkiyənin aparıcı 500 sənayə şirkəti arasında 16-cı yerdədir. Petkim 2008-ci ildə özəlləşdirilib və holdinqin 51 faizi SOCAR-a məxsusdur.

XS
SM
MD
LG