Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Necə eləmək olar ki, uşaqlar zorakılığı izləməsin?


Kompüter oyunu oynayan Murad və Hüseyn
Kompüter oyunu oynayan Murad və Hüseyn

Hər bir uşaq orta məktəb illərinədək orta hesabla 8 min qətl və 100 min başqa zorakılıq kadrına baxır.

Tək ötən həftə dünyada nə qədər zorakılıq baş verib və uşaqlarımızın çoxu bu hadisələri televizordan, ya da internetdən izləyib. Bu, heç də yaxşı şey deyil.

İstər ən son silahlı insident olsun, istər sonuncu terror aktı, istərsə də başqa bir zorakılıq aktı barədə xəbər – televiziya və digər media vasitələri ilə anında evimizə, telefonumuza və ya kompüterimizə daxil olur. Mobil telefonlarla çəkilmiş videoların sosial mediada paylaşılmasının yeni trend kimi çox populyarlaşması zorakılıq səhnələrinin daha çox insana yetişməsinə səbəb olur. Belə videolar da çox vaxt xam və redaktə edilməmiş vəziyyətdə olduğuna görə dəhşət saçan kadrlarla zəngin olur.

Buna da bax: Uşaqları intiharlardan necə qorumalı

Media zorakılığı

Əgər bura filmlərdəki və kompüter oyunlarındakı zorakılıq səhnələrini də əlavə etsək, onda Amerika Pediatrlar Akademiyasının «Virtual zorakılıq» adlı təlimatında qeyd etdiyi kimi, media zorakılığı amerikalı uşaqların həyatının artıq iliyinə işləyib.

Media zorakılığı amerikalı uşaqların həyatının artıq iliyinə işləyib...

Ekranlardan yayılan zorakılığın hərtərəfli qiymətləndirilməsi sonuncu dəfə 1998-ci ildə aparılıb. Həmin araşdırmada müəyyən edilmişdi ki, hər bir uşaq orta məktəb illərinədək orta hesabla 8 min qətl və 100 min başqa zorakılıq kadrı (o cümlədən zorlama və quldurluq kadrları) izləmiş olur. Ancaq bu rəqəmlər 18 il əvvələ, yəni YouTube video paylaşım saytının yaranmasından 7 il, ilk iPhone-un istehsalından isə 9 il əvvələ aiddir. İndi həmin rəqəmlərin həndəsi silsilə ilə nə qədər artdığını özünüz təsəvvür edin.

Buna da bax: Depressiyaya düşənlər ikiqat çoxalıb

Zorakılıq qeyri-adi bir şey kimi...

Zorakılıq izləyən uşaqlar daha aqressiv olurlar...

Amerika Pediatrlar Akademiyası adıçəkilən təlimat xarakterli sənədini yaymaqla, xəbərlər, habelə sosial və əyləncə mediası vasitəsilə uşaqların virtual zorakılığa məruz qalmasının nə qədər pis nəticələr doğura biləcəyini nümayiş etdirmək istəyib. Müxtəlif araşdırmaların nəticələri göstərib ki, zorakılıq izləyən uşaqlar daha aqressiv olurlar, onların davranışında problemlər üzə çıxır. Onların zorakılığa qarşı həssaslığı azala bilər ki, bu da daha pis nəticələrə gətirib çıxarar. Zorakılığın qeyri-adi bir şey olmadığını, əksinə yolverilən olduğunu düşünən bir nəsil, təsəvvür edirsinizmi, nə qədər təhlükəlidir!?

Buna da bax: Hər şey yaxşı olmayacaq

İndi isə Amerika Pediatrlar Akademiyasının tövsiyələrinə nəzər yetirək.

  • Pediatrlar və valideynlər uşaqların «media pəhrizi» barədə də düşünməlidirlər. Uşaqların ekranda nəyə baxdıqları, ekrana nə qədər baxdıqları kimi, bəlkə də daha artıq önəmlidir.
  • Valideynlər öz uşaqlarının ekranda nəyə tamaşa etdiklərindən və hansı virtual oyunları oynadıqlarından xəbərdar olmalıdırlar. Mümkün olduqca, uşaqlarla birgə özləri də tamaşa etməli və ya oynamalıdırlar. Kompüter və smartfonları olan daha böyük uşaqlarla onların bu texniki vasitərlərdə nəyə baxdıqları və onlardan necə istifadə etdikləri barədə söhbət etməlidirlər.

Buna da bax: Cəngavər kimi təqdim olunan quldurlarımız

  • Valideynlər öz media vərdişlərinə, habelə yanlarında uşaqları olarkən nəyə baxdıqlarına diqqət yetirməlidirlər. Axı uşaqlar sizdən nümunə götürürlər.
  • Valideynlər anlamalıdırlar ki, uşaqlar, xüsusilə də azyaşlılar fantaziya ilə reallığı heç də həmişə bir-birindən ayıra bilmirlər. «Bu, sadəcə bir kinodur» ifadəsi onlar üçün yetərli deyil. 6 yaşdan kiçik uşaqlar, ümumiyyətlə, virtual zorakılıqdan tam uzaq tutulmalıdırlar.
  • Qətlin əsas mövzu və ya əsas qayə olduğu oyunlar istənilən yaşda olan uşaqlar üçün uyğun sayılmamalıdır.
  • Nəhayət, əyləncə və xəbər sənayesi də zorakılığı səhnələşdirərkən daha məsuliyyətli olmalıdır. Zorakılıq təsvir olunarkən, onun nəticəsində bir ağrı-acının da doğduğu proporsional qaydada diqqətə çatdırılmalıdır.

Buna da bax: Ata, düzünü de, mən gözələmmi?..

Məqsəd virtual zorakılığı aradan qaldırmaq deyil. Məqsəd sadəcə zorakılığın övladlarımıza təsiri barədə insanları məlumatlandırmaq, bu təsiri mümkün qədər azaltmaq üçün nələr edə biləcəyimizi öyrənməkdir. Çünki heç bir xəbər, kino və ya hansısa kompüter oyunu uşaqlarımızdan önəmli deyil.

Buna da bax: Qızlar onlara sataşanları necə döydülər? [video]

Qızlar avtobusda onlara sataşanları döydülər
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00

XS
SM
MD
LG